Məhkəmə qərarları › İş №3(125)-2870/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2870/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2870/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 və Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektorupolis serjantı X3 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə 23 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan **-SN-*** dövlət qeydiyyat nişanlı “JEEP WRANGLER” minik markalı avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarakən Gəncə şəhərində yol patrul xidməti inspektoru polis serjantı X5 onu qanunsuz və əsassız olaraq saxlamış və barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə barəsində TP ******* nömrəli qərar qəbul olunmuş və qərarda göstərilmişdir ki, guya o, hərəkətdə olarkən sola və ya geriyə dönmə qaydalarının pozulması və hərəkət zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsini əsas gətirərək İXM 342.6-cı və 327.2-ci maddələrini pozulduğunu iddia edərək 100 manat məbləğində cərimə olunmuşdur. O, heç bir qanun pozuntusu etməmiş, tam olaraq əsasız və qanunsuz saxlanaraq cərimə edilmişdir. Belə ki, qayda pozuntusunun olmasını təsdiq edən 1 dənə də olsun sübut yoxdur və əgər X8nin əlində bununla bağlı video görüntü varsa həmin video görüntünü tələb edir ki, məhkəməyə gətirilməsi və təqdim olunması təmin edilsin. Onun əməlində inzibati xəta tərkibi yoxdur və inzibati xəta hadisəsi ümümiyyətlə olmamışdır. O, hərəkət etdiyi istiqamətdə telefon əlində olmamış, əlavə olaraq 1.1, 1.3, 1.11 "üfüqi nişanlama xətləri" yol nişanıları olmamışdır. Bu səbəbdən də şikayəti əsasında inzibati xəta tərkibi və inzibati xəta hadisəsi olmadığına görə qərar ləğv olunmalı və inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətində göstərilənlə eyni məzmunlu izahat verərək bildirdi ki, həmin ərazidə video müşahidə aparan kamera quraşdırılıb, əgər o inzibati xəta törətmişdirsə həmin inzibati xəta video müşahidə ilə qeydiyyata alınmalı və onun barəsində elektron formada qərar qəbul edilməli idi. Polis əməkdaşının özünün inzibati xətanı aşkar etməsi və qərar qəbul etməsi tam qanunsuzdur. Polis əməkdaşının belə bir səlahiyyəti yoxdur. Həmçinin mobil telefondan istifadə etməsi ilə bağlı onu qeyd edir ki, polis əməkdaşı onu saxlamaq istəyərkən mobil telefondan istifadə etmişdir, lakin telefonla danışmamışdır. Qeyd edilən səbəblərdən həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektoru polis serjantı X5 izahatında bildirdi ki, qərarda qeyd edilən inzibati xətalar şikayətçi tərəfindən törədilmişdir. Bu hal video görüntü ilə də təsdiq olunur. Şikayətçinin mobil telefon vasitəsilə danışması isə avtomobilin içərisində olduğundan görüntüdə düşməyə bilər. Məhkəməsən qərarın dəyişdirlmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.ci və 342.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən təqdim edilmiş DVD diskdə olan video görüntüdən görünür ki, X1 idarə etdiyi **-SN-*** dövlət qeydiyyat nişanlı “JEEP WRANGLER” minik markalı avtomobil Gəncə şəhəri F.Əliyev küçəsi ilə hərəkətdə olan zaman 1.1, 1.3, 1.11 üfüqi nişanlama xətlərinin" tələblərini pozaraq sola dönmüş və daha sonra yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəməyə təqdim olunmuş video görünütü ilə öz təsdiqini tamışıdr. X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsi isə şikayət vermiş şəxsin məhkəmə iclası zamanı veridiyi etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, X4 ifadəsində bildirir ki, polis əməkdaşı onu saxlamaq istəyərkən mobil telefondan istifadə etmişdir, lakin telefonla danışmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi üzrə məsuliyyət yaranması üçün nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi kifayət etdir. Qeyd edilənlərə əsasən Məhkəmə şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd olunan inzibati xətalar X4 tərəfindən törədilmişdir və Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar, şikayə vermiş şəxsin ifadəsi və video görüntü ilə tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Gəncə şəhər BPİ-nin X9 Şöbəsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 342.6-cı maddələri ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə 23 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 342.6-cı maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsin X8 Şöbəsinin inspektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar