Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2876/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Əhməd Cavad küçəsi, ev 28-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 04 avqust 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 04 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs sərxoş vəziyyətdə avtomobil idarə edərək polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində **-YP-*** Patrul maşını ilə Gəncə şəhəri “Mahrasa bağı” tərəfdə Şəms şadlıq sarayının yanında xidmətdə olan zaman yol hərəkəti qaydalarını pozan Vaz 2114 markalı **-AB-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən saxla işarəsi verilərək tərəflərindən saxlanılmışdır. Bu zaman adı onlara sonradan məlum olan sürücü Şəxs sərxoşluq əlamətləri görərək ondan alkotestrdən keçməyi tələb etmişlər lakin, sürücü polisin ünvanına nalayiq ifadələr işlədərək öz hərəkətlərinə davam etdiyi üçün polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Müayinə zamanı orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yol hərəkəti qaydalarını pozduğunu etiraf etmişdir. O, həmin gün sərxoş olmuş, 4-5 bakal pivə içmişdir. DYP əməkdaşları onu saxlamışlar və ona pozuntu törətdiyini bildirəndə isə sərxoş olduğunu bildirmiş, maşının açarını ondan istədikləri zaman verməmiş və sənədlərini təqdim etməmişdir. Əvvəllər inzibati məsuliyyətə cəlb olunduğunu xatırlamır. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, onlar xidməti ərazilərində xidmət apardıqları zaman vətəndaş Şəxs qayda pozuntusu haqqında onlara məlumat daxil olmuşdur. Hadisə “Şəms” şadlıq sarayının qarşısında olmuşdur. Həmin yerə yaxınlaşanda 5-6 nəfər Ruhaninin başına yığılmışdı, Ruhani onları uzaqdan görüb avtomobilinə əyləşmiş və həmin yerdən uzaqlaşmaq istəmişdir. Saxla əmri veriblər, lakin əmrə tabe olmayaraq manevr qaydasını pozmuşdur. O, Şəxs yaxınlaş dedikdə, o gəlməmişdir və yanında bir xanımda var idi. Aparata üfürməmiş, lakin sərxoşluq əlamətləri var imiş. Daha sonra hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, Mahrasa bağı “Şəms” şadlıq sarayının yaxınlığında vətəndaş Şəxs saxla işarəsi verdikdə Şəxs ona blokun qarşısında saxlayacağını demiş və onlar binanın qarşısına sürmüşlər, maşından düşərək ona “məni içkili saxlamayıbsınız” demiş, ona yaxınlaşmağını istədikləri zaman isə o, əmrə tabe olmamışdır. X10 Xidmətini çağırmışlar, Post Patrul Xidməti əməkdaşları gələrək onu zorla maşına əyləşdirmiş və 1-ci şöbəyə aparmışlar. Binanın qarşısında xeyli adam toplaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs sərxoş vəziyyətdə avtomobil idarə edərək polisin qanuni tələbinə tabe olmayaraq ucadan nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - 03 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X2 03 avqust 2025-ci il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuşdur. - 2633/2025 nömrəli 03 avqust 2025-ci il tarixli “Sərxoşluq hallarının tibbi müayinəsi” aktından görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün və şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li Qərarında müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarına əsasən, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanın məhdud mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ hüquqi aktlarda ümumiləşdirilərək işlədilir. İctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. İctimai təhlükəsizlik sahəsinə insanların həyatı və sağlamlığı, onların əmlakı üçün yaranan və ya yarana biləcək təhlükənin qarşısının alınması və ya onların aradan qaldırılması ilə bağlı olan ictimai münasibətlər aiddir. Xırda xuliqanlıq ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağın sübut edir. Şərh edilən inzibati xətanın obyekti - ictimai qaydadır. Qeyd etməliyik ki, bu inzibati xətanın bilavasitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquq ədəbiyyatlarının məzmunları ilə tanış olarkən ən çox rast gəlinən fikirlər bunlardır ki, xırda xuliqanlığın törədilməsi zamanı (hər bir halda) ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq aktiv hərəkətlərlə (ictimai qaydanı pozan hərəkətlər) xarakterizə edilir, törədilir. Qanunvericilik quruluşuna görə bu maddədə göstərilən inzibati xəta formal tərkiblidir. İnzibati xəta haqqında protokol və işin digər materialları ilə Şəxs insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoymamağı öz təsdiqini tapmışdır. İşin hallarından görünür ki, Şəxs xırda xuliqanlıq hərəkətləri edərək insanların maraqlarına və əxlaq qaydalarına məhəl qoymayaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etdikləri zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar qismində nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməməsini, ağırlaşdıran halların olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 03 avqust 2025-ci il tarixdən saat 04-50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2876/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2876/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver