Məhkəmə qərarları › İş №3(125)-2877/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2877/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2877/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıqov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 22:45 radələrində ünvan 1 ünvanının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X10 bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 22:45 radələrində ünvan 1 ünvanının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, X8 onun doğma oğludur. 2025-ci ilin iyul ayının əvvələrində oğlu Aminin Mərvi adlı qızla tanış olduğunu, danışdığını və həmin qızı sevməsini öyrənmişdir. Bununla bağlı oğlu Amin Mərvi adlı qızın anası Zeynəb adlı qadının telefon nömrəsini ona verib onunla danışmağımı xahiş etmişdir. O da həmin qadına zəng edib kim olmasını soruşub ilkin məlumatları almaq istəmişdir.Daha sonra o, həmin ailəni maraqlanıb kim olmalarını öyrəndikdə oğlum Amin üçün uyğun ailə olmadığını öyrənmişdir. Buna görə də Zeynəb adlıqadına zəng edib bir daha qızı Mərvinin oğlu Aminə yaxın durmamasını və onunla danışıq etməməsini xahiş etmişdir. Bu zaman Zeynəb adlı qadın almış olduğu məlumatların doğru olmadığını iddia edib ona məlumat vermiş şəxslər barəsində tədbir gördüyəcəyini bildirmişdir. O, bu zaman həmin ailə ilə qohum olmayacağına şükür etmişdir. Daha sonra Zeynəb adlı qadın ona zəng edərək oğlu Amini bəyəndiklərini və gələcəkdə ailə həyatı qurmaları üçün əlindən gələni edəcəyini bildirmişdir. O, etirazını bildirdikdə Zeynəb adlı qadın bir daha Amini görməyəcəyini və qızı Mərvi ilə birgə ailə həyatı quracağını iddialı şəkildə səsləndirmişdir.xx.xx.2025-ci il tarixdə Zeynəb adlı qadın ona zəng edərək oğlu Amin ilə birlikdə Hacıkənd qəsəbəsində istirahət etdiklərini və oğlu Aminin qızı Mərvi ilə ailə həyatı qurmasına icazə verdiyini bildirmişdir. Həmçinin, onun ünvanına qeyri-etik ifadələr işlədib Aminin artıq onun şəbəkəsində olmasını səsləndirib bir daha Amini görməyəcəyini kinayəli şəkildə bildirmişdir. Amin ilə telefonda həmin an danışdığı üçün artıq Amin adlı oğlunun olmadığını Zeynəbə bildirib istədiklərini edə biləcəklərini səsləndirmişdir. xx.xx.2025-ci il tarixdə yaşadıqları evdən əşyalarını yığıb qardaşı Zaurgilin yaşadığı ünvana çıxıb getmiş, xx.xx.2025-ci il tarixdə, oğlu Aminin Zeynəb adlı qadının yaşadığı ünvana getdiyini öyrənmişdir. Belə ki, Zeynəb və qızı Mərvi Naftalan şəhərinə istirahətə getdikləri üçün evin boş olması səbəbilə oğlu Amin həmin ünvanda yaşamışdır. Bununla bağlı Aminə zəng edib danışdıqdan sonra Zeynəb adlı qadın ona zəng edərək əcəb etdiyini və özü üçün yeni bir oğul qazandığını, Aminin ad və soyadını dəyişdirəcəyini də ona kinayəli şəkildə bildirmişdir. Daha sonra Zeynəb adlı qadın ona zəng edərək oğlu Aminin 1 il ərzində işlədiyi pulu ondan istədikdə Aminə özlərinin kömək etdiklərini bildirib ona pul vermək məcburiyyətində olmadığımı bildirmişdir. xx.xx.2025-ci il tarixdə oğlu Amini iş yoldaşları yaşadıqları evə gətirib onlar ilə barışdırmışlar. xx.xx.2025-ci il tarixdə onun ad günü ilə əlaqədar ailə üzvləri ilə toplandıqda Aminin Mərvi ilə yenidən danışdığını öyrənmiş, bununla bağlı yenə də öz iradını bildirdikdə Amin Mərvi adlı qızı sevdiyini ona əsaslı şəkildə bildirmişdir. xx.xx.2025ci il tarixdə Amin paltarının Mərvigildə qalmasını bəhanə edib yaşadıqları evdən saat 17:00 radələrində çıxıb getmişdir. Saat 19:00 radələrində Amin ona zəng edərək telefonun enerjisinin 3 faiz qalmasını, tezlikdə telefonunun sönəcəyini ona bildirmişdir. Axşam saatlarını keçdiyindən oğlu Amindən narahat olmağa başlamış, bununla bağlı Amin “Niva” markalı avtomobili ilə Mərvinin yaşadığı ünvan 3 ünvanda olduğunu öyrənmişdir. X1 həmin ünvana çatdıqda oğlu Amin blokdan çıxıb avtomobilinə əyləşmək istədikdə avtomobilin açarını oğlu Amindən almış, oğlunun bu hərəkətinə əsəbləşib ona öz etirazımı bildirməyə başlamışdır. Oğlu Amin ona yüksək səslə cavab qaytardığı üçün əri Sadiq Aminin üstünə qışqıraraq düzgün formada onunla danışmasını tələb etmişdir. Oğlu Amin koftasını əlində ona göstərək onunçün həmin ünvana gəlməsini bildirdikdə koftasını alıb cırmışdır. Həmin an Zeynəb adlı qadın ona zəng edərək nalayiq ifadələr işlədib ölülərini təhqir etdiyindən şəhid qızı olması səbəbilə Zeynəbin ünvanına eyni məzmunlu nalayiq ifadələr işlətmişdir. Bu zaman həmin yerə gələn qohumu X3 da Zeynəbin ünvanına nalayiq ifadələr işlədərək Zeynəb adlı qadının oğlu Amindən uzaq durmasını agressiv şəkildə bildirmişdir. Bu proses təxminən 15 dəqiqə baş verdiyindən oğlu Amini oğlu Zaurun avtomobilinə əyləşdirib həmin ünvanı tərk edib yaşadıqları ünvana gəlmişlər. Oğulları Amin və Zaur, qohumu Elçin və əri Sadiq Zeynəbin ünvanına hər hansı ifadələr işlətməmişdir. Sonda Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, həmin vaxt əsəbi olduğu üçün özünü cilovlaya bilmədiyini, bir daha belə əməllərə yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, təxminən 3 ay bundan öncə X5 ilə “tiktok” sosial şəbəkəsində tanış olub münasibət saxlamış, danışdıqları dövrdə fikri ciddi olması səbəbilə onunla ailə həyatı qurmaq fikrində olmuşdur. Lakin ailə üzvlərinin təkidi ilə bu fikirdən daşınmış, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində yaşadıqları evdən çıxıb Mərvinin yaşadığı ünvan 4 ünvanına getmişdir. Ora getməsinə səbəb geyim əşyalarının orda qalması olmuşdur. Telefonunun enerjisi bitdiyindən axşam saatlarına orada qalmağı ilə bağlı ailə üzvlərini məlumatlandıra bilməmişdir. Saat 22:45 radələrində həmin evi tərk edib öz yaşadığı evə gəlmək istəmiş, binanın qarşısında avtomobilinə əyləşmək istərkən qohumu Elçin əlindən avtomobilinin açarını almışdır. Bu zaman anası, atası və qardaşının da həmin yerdə olduğunu görmüşdür. Anası nə üçün bu saatlara qədər burada olmasının səbəbini soruşduqda o, paltarını götürməsi üçün buraya gəldiyimi izah etsə də anası aqressiv şəkildə ona öz iradını bildirmişdir. O, əsəbiləşib anasına cavab qaytararkən atası ona sərt şəkildə öz fikirlərini çatdırmışdır. Daha sonra Mərvinin anası Zeynəb adlı qadın anama zəng edib təhqir etdiyi üçün anam da əsəbləşib onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin an qohumu X3 da həmin yerə gəldiyindən o da Zeynəb adlıh qadının ünvanına nalayiq ifadələr işlətmişdir. Atası, qardaşı, qohumu Elçin Zeynəb adlı qadının ünvanına heç bir ifadə işlətməmişdir. Anasının hirsi soyuduğundan o, qardaşı, atası və anası qardaşının avtomobilinə əyləşib həmin yeri tərk edib uzaqlaşmışlar. Evə gedib çatdıqdan sonra ailə üzvləri ilə söhbət edib bu mövzunu yekunlaşdırmışlar. Məhkəmə iclasında şahid X7 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat "23:10 radələrində qohumu Şəxs ona zəng edərək Aminin Mərvigilin yanında olubolmamasını dəqiqləşdirməsini xahiş etmiş, o da həmin xahişi nəzərə alıb Mərvinin yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti bina 31 ünvanına getmişdir. Ora çatan zaman Aminin idarə etdiyi “Niva” markalı avtomobilin orada olmasını görüb Yeganəyə zəng edib məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Yeganə ailə üzvləri ilə oraya çatdıqda Amin həmin binanın blokundan çıxmış, bu zaman o, yaxınlaşıb Amindən avtomobilin açarını istəmiş, Zeynəb adlı qadın Yeganəyə zəng edərək danışmağa başlamış, aqressiv şəkildə Zeynəbin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Ceyran adlı qadın da Zeynəbin ünvanına nalayiq ifadələr işlədərək Zeynəbin Amindən uzaq durmasını tələb etmişdir. Daha sonra Amin, qardaşı Zaur, Yeganə və Sadiq Zaurun avtomobilinə əyləşib həmin yeri tərk etmişlər. O da Aminin avtomobilini idarə edib yaşadıqları ünvana aparmışdır. Orada olan 15 dəqiqəlik prosesdə nə o, nə Zaur, nə Sadiq və Amin heç bir qeyri-etik ifadə işlətməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol, şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salaraq və söyüşlər söyərək Zeynəb Hüseynova ilə mübahisə etmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs əməlindən səmimi peşman olmasını məhkəmə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar