Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2880/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, baş leytenant X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il təvvəlüdlü, Gəncə şəhərində doğulmuş, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA*******, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, Gəncəvi küç.,, ev 25də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi baş leytenant X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə “VAZ 2121” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol hərəkət qaydasını pozduğu üçün saxlanılarəkən onun narkotik vasitə təsiri altında olması şübhəsi yaranmış və Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmişdir. O, narkoloji dispanserə aparılmış və ondan götürülmüş analizindən narkotik vasitə AMP (metanfetamin), THC(marixuana) aşkar edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuş və “Vətən müharibəsi iştirakçısı,” “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və “Şuşanın azad olunması” medalları ilə təltif olunmuşdur (bununla bağlı müvafiq vəsiqələr iş materiallarına əlavə edilir). Blə ki, xx.xx.2025-cü il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri, Bağmanlar küçəsində idarə etdiyi “VAZ 2121” markalı “**-CU-***” dövlət qeydiyyat nişanlı avtomobili YPX əməkdaşları saxlamışlar, kanstruksiya dəyişikliyinə görə avtomobilini cərimə meydançasına aparmış, orada narkotik vasitə təsiri altında olması ilə bağlı dispanserə getməli olduğu ona bildirilmişdir. Bundan sonra polis əməkdaşları onu narkoloji dispanserə aparmışlar və ondan götürülmüş analizdən narkotik vasitə AMP (metanfetamin), THC (marixuana) aşkar edilmişdir. Azyaşlı uşağı vardır və onun doğum gününə az qalıb. Bird daha belə hərəkət etməyəcəkdir. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı Şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq əldə etməsi, saxlaması və ya həmin maddələrin satışı məqsədi ilə əldə edilməsi və ya saxlaması, daşıması, göndərməsi faktı öz təsdiqini tapmamışdır. Ona görə də Şəxs əməlində AR CM-nin 234.1, 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206 maddəsinin tərkibi olduğundan həmin materiallar dair müvafiq tədbirlərin görülməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 01:00-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1229 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Belə ki, Şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İXM-in 206 maddəsində nəzərdə tutulmuş inzibati xətanı, xx.xx.2024-cü ildə isə 510, 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, həmin vaxt onun müharibə iştirakçısı olması yüngülləşdirici hal kimi nəzərə alınmış, lakin Şəxs bundan nəticə çıxarmamış və yenidən inzibati xəta törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və məhkəmə Şəxs Vətən müharibəsi iştirakçısı olmasını, himayəsində azyaşlı uşağının olmasını və səmimi peşmançılığını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə yəni 15 gün müddətinə ona inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 04 avqust 2025-ci il tarixdən saat 01:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin. Həbs etmənin əvvəli 04 avqust 2025-ci il tarixdən saat 01:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2880/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2880/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver