Məhkəmə qərarları › İş №3(125)-2885/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2885/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2885/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22607758 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 22607758 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin MMX tərəfindən onun barəsində İXM-in 346.4-cü maddəsi ilə inzibati xəta haqqında 27 iyul 2024-cü il tarixli, EQ 22607758 nömrəli qərar qəbul edilmiş və o, 80 manat cərimə edilmişdir. DİN BDYPİ-in mövqeyinə görə o, yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanmış və durmuşdur. Lakin, həmin vaxt o, hərəkətdə olmuş, heç bir dayanma və durma olmamışdır. Həmin anın kamera görüntüləri tələb olunaraq tədqiq olunacağı halda onun haqlı olduğu üzə çıxacaqdır. DYP tərəfindən heç bir araşdırma aparılmamış, heç bir əsas olmadan yenidən onun barəsində qərar qəbul edilmişdir. Odur ki, bu qanunsuzluğun aradan qaldırılmasını xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, EQ 22607758 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz olduğundan onun ləğv olunmasını xahiş etmiş, sonrakı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxsə və səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, qərardan şikayət verən şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, material üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22607758 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. . Vaqif Bağırov şikayətdə göstərmişdir ki, barəsində tərtib edilmiş elektron qərarda qeyd edilən inzibati xətanı törətməmişdir, çünki həmin vaxt o hərəkətdə olmuş, heç bir dayanma və durma etməmişdir. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan bir ədəd DVD diskdə əks olunmuş video görüntülərdən görünür ki, “Volkwagen Passat” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən şəxs – X1 şəhəri Atatürk prospektində yolun hərəkət hissəsinin kənarında avtomobili dayandırıb, avtomobildən enərək yolun əks istiqamətinə keçmiş, bir müddət sonra geri qayıdıb, hərəkətə davam etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslı olmuşdur. Odur ki, şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22607758 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22607758 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar