Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2896/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər X6 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. X2 barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tаriхli EQ 25953369 nömrəli qərarla Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat inzibati xəta haqqında iş üzrə qərarla ona təyin edilmiş cəriməni ödəmədiyinə görə, cərimənin üzərinə əlavə olaraq 30 (otuz) manat məbləğində dəbbə pulu hesablanmış və X2 ödəməli olduğu ümumi məbləği 80 (səksən) manat təşkil etmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Gəncə şəhər Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanılmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X4(FİN: xxxxxxx) 2024-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 43, 53, 114-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 öldüyündən onun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2896/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2896/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver