Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2898/2024 29.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22735800 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polis idarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22735800 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Kia Sorento” minik markalı, **- ES-*** nömrə nişanlı avtomobil ilə İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İdarə etdiyi avtomobilə xüsusi texniki vasitələrin köməyi ilə cərimə tətbiq edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 22735800 nömrəli Elektron Qərar tam əsassız və qanunsuzdur. Belə ki, qərarda əksini tapmış fotoşəkillərə baxılsa belə aşkar görünür ki, o, İXM-in 327.2-ci maddəsinin tələblərini pozmamışdır. O, heç bir “əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması” tələbini pozmamışdır. Lakin tipi, markası, modeli və yeri bəlli olmayan kamera, nasaz texniki vasitə sadəcə maşınının nömrəsini çəkməklə hesab etmişdir ki, o, həmin qaydanı pozmuşdur. Hazırkı, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar İXM-nin tələblərinə tam olaraq cavab vermir. Müşahidə kamerası müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, kameranın müvafiq sertifikatı yoxdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək izahatında bildirdi ki, sözügedən elektron qərar onun barəsində tərtib olunmasa da, qərarda qeyd edilən avtomobil ona məxsusdur və qərar qəbul edilən zaman avtomobili o idarə etmişdir. Odur ki, şikayətə mahiyyəti üzrə baxılmasını və xx.xx.2024-cü il tarixli, EQ 22735800 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, material üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş EQ 22735800 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “Kia Sorento” minik markalı **-ES- *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən X2 adlı şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə qeyd edir ki, EQ 22735800 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı yalnız X2 adlı şəxs mübahisələndirə bilər, X1 həmin qərarı mübahisələndirmək hüququ yoxdur. Məhkəmə tərəfindən qərardan şikayət verən şəxs X3 qərardan şikayət vermək hüququnun olmadığı izah edilərək, şikayəti geri götürməsi təklif edilsə də, o şikayəti geri götürməkdən imtina etmiş və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət hüququ olmayan şəxs tərəfindən verildiyindən, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22735800 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22735800 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2898/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2898/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver