Məhkəmə qərarları › İş №3(125)-2899/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2899/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2899/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN№ ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat miqdarında cərimə olunmuşdur. Həmin qərardan rəsmi qaydada verildiyi gündən 20 gün müddətində şikayət verilməsi nəzərdə tutulur. Qərarın surəti ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN 784021 nömrəli xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Buna görə də həmin qərar ləğv edilməlidir. Gəncə şəhər, Z.Məmmədov adına Göz xəstəxanası uzun müddətdir ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 41 ünvanında fəaliyyət göstərir. Həmin müəssisənin inzibati ərazisində çox sayda yaşıllıq zolağı və ağaclar mövcuddur. Onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq olunur. Xəstəxananın giriş hissəsində abadlıq işləri aparılmış, həmin ərazidə bir neçə yaşıl kollar mövcud olmuşdur. Onların məhv olmaq ehtimalı olmuşdur. Buna görə də, həmin kolların qorunması və məhv olmaması üçün onların həmin ərazidən götürülməsi qərara alınmışdır. Ərazidən təxminən 25 ədəd kollar çıxarılaraq, xəstəxananın həyətinə köçürülmüşdür. Həmin kollara xüsusi qulluq edilmiş və hal-hazırda da onlar sağlam vəziyyətdədir. Qeyd edilən kolların yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəstəxana rəhbərliyi vəsaitəsilə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şifahi məlumat verilmişdir. Həmin idarədən buna dair razılığın olması bildirilmişdir. Məhz, bundan sonra həmin kolların yerinin dəyişdirilməsi həyata keçirilmişdir. Lakin, göründüyü kimi, belə razılaşma olmasına baxmayaraq, sonradan 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati protokol tərtib edilmiş və yekunda sözü gedən qərar qəbul edilmişdir. Bundan başqa, hər kəs bilir ki, bir ağacın məhv olması, zədələnməsi və yaxud da onun hansısa formada yararsız hala salınması yol verilməzdir. O, uzun müddətdir ki, müxtəlif müəssisə və təşkilatlarda çalışmış və hazırda da təsərrüfat müdiri vəzifəsində işləyir. O, bunun məsuliyyətini tam dərk edir. Belə olan halda, o, bunu yaxşı bildiyi halda, necə kolların yerini icazəsin dəyişdirə bilər? Yuxarıda qeyd etdiyi kimi, həmin kolların yerinin dəyişdirilməsi rəhbərlik tərəfindən razılaşdırılmış və bundan sonra ona kolların yerinin dəyişdirilməsi vəzifəsi tapşırılmışdır. O da öz növbəsində xəstəxananın əməkdaşları ilə onların yerini dəyişdirmişdir. Buna görə də onun heç bir qanunsuz hərəkəti olmamışdır. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, X2 şikayət ərizəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etsə də, sözügedən qərarı şikayətə əlavə etməmişdir. Belə olan halda, X1 barəsində həqiqətən də həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsini müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar