Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-290/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1542/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 1530 manat borcu ödəmir. Bununla o, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1542/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 2000 manat borc tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədinin icrası ilə bağlı Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından boyun qaçırmışdır. Hazırda məhkəmə tərəfindən vaxt verildikdən sonra Şəxs icra sənədini tam icra etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətindən peşman olduğunu bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödədiyini, icra sənədini tam icra etdiyini bildirmiş və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək bildirmişdir ki, Şəxs tərəfindən icra sənədi üzrə borc tam şəkildə ona ödənilmişdir. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1542/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini tam icra etdiyi üçün inzibati məsuliyyətdən azad edilməli və onun barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs inzibati məsuliyyətdən azad olunsun və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-290/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-290/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver