Məhkəmə qərarları › İş №3(125)-290/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-290/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-290/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs (VOEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 180000.00 ABŞ dolları məbləğində olan vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş, 2 il müddətin keçməsinə baxmayaraq, 180000,00 ABŞ məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X4 protokola etiraz edərək izahatında bildirdi ki, protokolda göstərilən 22 dekabr 2022-ci il tarixli xaricə köçürülən 180000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə iki il ərzində idxal olmuşdur. xx.xx.2022ci il tarixli, 180000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların bir hissəsi X3 əsasında ölkəyə idxal olunmuş, bir hissəsi isə (78600 ABŞ dolları) xx.xx.2025-ci il tarixində MMC-nin hesabına geri qaytarılmışdır. Onlar şirkət olaraq ən böyük vergi verən şirkətdilər. Məbləğin gec qayıtmasında səhlənkarlıqları olsa da təqsirləri olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında “Whatsap” proqramı vasitəsi ilə görüntülü dindirilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəməyə ünvanlandığı ərizəni təsdiq edərək bildirmişdir ki, "X5" MMC barəsində onların tərəfindən tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(125)-290/2025 saylı inzibati işdə təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, 180000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların bir hissəsi X3 əsasında ölkəyə idxal olunmuş, bir hissəsi isə (78600 ABŞ dolları) xx.xx.2025-ci il tarixində, yəni inzibati xəta faktı yarandıqdan sonra MMC-nin hesabına geri qaytarılmışdır. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş 14 yanvar 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, hüquqi şəxs Şəxs MMC 180000.00 ABŞ dolları məbləğində vəsaiti 22 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 180000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, "X5" MMC barəsində tərəfimizdən tərtib olunmuş EP ******* nörrəli inzibati xəta haqqında protokol üzrə baxılan 3(125)-290/2025 saylı inzibati işdə təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, 180000 ABŞ dolları məbləğində vəsait hesabına alinan malların bir hissəsi X3 əsasında ölkəyə idxal olunmuş, bir hissəsi isə (78600 ABŞ dolları) xx.xx.2025ci il tarixində, yəni inzibati xəta faktı yanardıqdan sonra MMC-nin hesabına geri qaytarılmışdır. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırıq. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 180000 ABŞ dolları məbləğinin 78600 dolları xx.xx.2025-ci il tarixdə hesaba daxil edilmişdir. Beləliklə müəyyən edilir ki, "X5" MMC 180000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların bir hissəsi X3 əsasında ölkəyə idxal olunmuş, bir hissəsi isə (78600 ABŞ dolları) xx.xx.2025-ci il tarixində, yəni inzibati xəta faktı yarandıqdan sonra MMC-nin hesabına geri qaytarılmışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "X5" MMC tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də hüquqi şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında "X5" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "X5" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 78600,00 ABŞ dolları valyuta vəsaitinin 20 (iyirmi) faizi miqdarında, yəni 15,720 ABŞ dolları (15 ABŞ dolları, 720 sent) məbləğində qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar