Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2900/2024 29.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 iyul 2024-cü il tarixində saat 11:00 radələrində Gəncə şəhəri, Əli Nəzmi küçəsi, 117 küçəsində istifadəsində olan 990N137 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı minik avtomobili ilə hərəkət edən zaman polis mayoru X3 hər hansı əsas olmadan idarə etdiyi avtomobili saxlayaraq, yol hərəkəti qaydasını pozduğunu bildirmişdir. Hansı səbəbdən avtomobilini dayandırdıqlarına dair açıqlama tələb etdiyinə görə polis əməkdaşı özünü aqressiv və etik davranış qaydalarına uyğun olmayan şəkildə apararaq sənədlərini yoxladıqdan sonra inzibati xəta haqqında protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixində yuxarıda qeyd edilən ünvan ilə hərəkətdə olarkən dairəvi yolda hər hansı avtomobil olmamış və bu səbəbdən yolayrıcında hər hansı avtomobilə yol vermək üçün durmağa ehtiyac yaranmamışdır. Polis əməkdaşı tərəfindən barəsində inzibati xəta protokolu tərtib edildiyini bilmişdir və həmin polis əməkdaşına tərtib etdiyi İnzibati xəta haqqında protokoldan məhkəməyə şikayət edəcəyini və həmin polis əməkdaşının hərəkətinin qanunsuz olduğunu ona bildirmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında İXP ******* nömrəli protokol, TP6637504 nömrəli qərar qanunsuz olaraq tərtib edilərək barəsində 80 manat məbləğində cərimə müəyyən edilmişdir. Qərarla razı deyil və ləğv edilməlidir. Çünki, haqqında tərtib edilən inzibati xəta haqqında protokol, qərar İnzibati Xətalar Məcəlləsinin maddi hüquqi tələbləri kobud pozulmaqla tərtib edilmişdir. Ümumiyyətlə, inzibati xətaya səbəb olacaq hər hansı hadisə baş verməmişdir və tərtib edilən İnzibati xəta haqqında protokolun, qərarın faktiki əsası yoxdur və qanunsuzdur. Haqqında tərtib edilən inzibati xəta haqqında protokol və qəbul edilən inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbləri kobud formada pozulmaqla qəbul edilmişdir. Belə ki, qeyd edilən normanın təblərinə əsasən, ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Onun tərəfindən hər hansı yol hərəkəti qaydası pozuntusu olmamışdır və polis əməkdaşı qanunsuz və əsassız olaraq inzibati xəta protokolu tərtib etmiş və o, əsassız olaraq 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmədə qərardan şikayət vermiş şəxs X5 əvvəlcə şikayətin məzmununa uyğun çıxış edərək, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan onun ləğv olunmasını xahiş etmiş, lakin məhkəmədə nümayiş etdirilən müvafiq videogörüntüyə baxdıqdan sonra şikayətin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, material üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş polis idarəsinin Dövlət yol polis şöbəsininpolis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində qeyd edilmişdir ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsində qeyd edilmişdir ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Emin Qasımov şikayətdə göstərmişdir ki, barəsində tərtib edilmiş elektron qərarda qeyd edilən inzibati xətanı törətməmişdir, çünki həmin vaxt onun tərəfindən hər hansı yol hərəkəti qaydası pozuntusu olmamışdır. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan bir ədəd DVD diskdə əks olunmuş video görüntülərdən görünür ki, “Opel Astra” minik markalı **-ON-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən şəxs – X1 şəhəri Əli Nəzmi küçəsində hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət edilməməsi və yolayrıcı keçmə qaydalarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslı olmuşdur. Odur ki, şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2900/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2900/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver