Məhkəmə qərarları › İş №3(125)-2901/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2901/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2901/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Gəncə şəhəri, Yeni Gəncə massivi, ev 18, mənzil 19 qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına əsas və səbəb Əməliyyat- İstintaq Baş Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq idarəsinin 2ci şöbəsində 33/1-017647/2025 nömrəli material üzrə 16 iyul 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi olmuşdur. Aparılmış inzibati araşdırma ilə müəyyən olunmuşdur ki, 31 mart 2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Volvo FH” markalı, 77SJ347/Ö9YG475 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən gömrük orqanına bəyan edilməyən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmalı olan, lakin belə nişanlanma ilə nişanlanmamış xeyli miqdarda, 940 manat dəyərində 200 qutu “Sobranie London” markalı siqareti və ümumilikdə 971 manat dəyərində 10 flakon "Неулептил 125 мл markalı, 2 qutu, hər qutuda 100 hab "Кортеф 10мг" markalı, 3 qutu, hər qutuda 5 ampul "имунофан 45 мл" markalı, 4 qutu, hər qutuda 6 tablet "Бильтрицид 600 мг" markalı, 5 qutu "Семаке 0,1% 3 мл" markalı, 7 qutu, hər qutuda 4 konvolyut, hər konvolyutda 10 kapsul və 1 qutu, hər qutuda 2 konvolyut, hər konvolyutda 10 kapsul "Буденофалк 3 мг" markalı dərman preparatlarını sonuncu gömrük orqanlarına bəyan etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Həmçinin, Şəxs məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olunur. İş materiallarına əlavə edilmiş: -18 mart 2025-ci il tarixli Xaçmaz Gömrük İdarəsinə ünvanlanmış raportdan görünür ki, Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, xx.xx.2025-ci il tarixində, saat 23:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Volvo FH” markalı, 77SJ347/99YG475 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 200 qutu “Sobranie London” markalı siqaret, 10 flakon “Неулептил 125 мл” markalı, 2 qutu, hər qutuda 100 həb “Кортеф 10мг” markalı, 3 qutu, hər qutuda 5 ampul “имунофан 45 мл” markalı, 4 qutu, hər qutuda 6 tablet “Бильтрицид 600 мг” markalı, 5 qutu “Семаке 0,1% 3 мл” markalı, 7 qutu, hər qutuda 4 konvolyut, hər konvolyutda 10 kapsul və 1 qutu, hər qutuda 2 konvolyut, hər konvolyutda 10 kapsul “Буденофалк 3 мг” markalı dərman vasitələri aşkar olunaraq protokol əsasında götürülmüşdür. - xx.xx.2025-ci il tarixli “malların və nəqliyyat vasitə yoxlanması haqqında” protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsinin əməliyə təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 31 mart 2025-ci il tarixds 23 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük ne xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Volvo FH” markalı, 77SJ347/99YG475 dövlət nömrə nişanlı yük nə: vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin qoşqusunu' tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük orqanına edilməyən 200 qutu “Sobranie London” markalı siqaret, 10 flakon "Неулептил К markalı; 2 qutu, hər qutuda 100 hab "Кортеф 10мг" markalı; 3 qutu, hər qutuda 5 "имунофан 45 мл" markalı; 4 qutu, hər qutuda 6 tablet "Бильтрицид 600 мг" markalı qutu "Семаке 0,1% 3 мл" markalı; 7 qutu, hər qutuda 4 konvolyut, hər konvolyut kapsul və 1 qutu, hər qutuda 2 konvolyut, hər konvolyutda 10 kapsul "Буденофалк markalı dərman preparatları aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məh Ekspertizası Mərkəzinin 29.042025-ci il tarixli, 6/1290-7/549 nömrəli ekspert rəy görünür ki, tədqiqata təqdim 200 qutu “Sobranie London” markalı siqaretlər Rusiya iste olan filtrli siqaretlərdir və keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və 6 dərman preparatları tərkibindəki təsiredici maddələrinə əsasən dövrisyyəsi qac edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələr, psixotrop, prekursor və təsir edən, habelə zəhərli maddələrə aid deyildirlər. Ekspertiza tədqiqatı zamanı 20 “Sobranie London” markalı siqaret tədqiqata sərf edilmişdir. Ekspertiza tədqiqatı aparıldıqdan sonra qalıq qalmış 180 qutu “Sobranie Lo markalı siqaretlər və 10 flakon "Неулептил 125 мл markalı; 2 qutu, hər qutuda 10( "Кортеф 10мг" markalı; 3 qutu, hər qutuda 5 ampul "имунофан 45 мл" markalı; 4 qut qutuda 6 tablet "Бильтрицид 600 мг" markalı; 5 qutu "Семаке 0,1% 3 мл" markalı: 7 hər qutuda 4 konvolyut, hər konvolyutda 10 kapsul və 1 qutu, hər qutuda 2 konvolykonvolyutda 10 kapsul "Буденофалк 3 мг" markalı dərman preparatları 19 may 202 tarixli, 79 S/2025 nömrəli akt əsasında “Azərterminalkompleks” Birliyinin anbarında saxlanca təhvil verilmişdir. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 016/25-X №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 200 qutu “Sobranie London” markalı siqaret, 10 ( "Неулептил 125 мл markalı, 2 qutu, hər qutuda 100 hab "Кортеф 10мг" markalı 3 hər qutuda 5 ampul "имунофан 45 мл" markalı, 4 qutu, hər qutuda 6 tablet "Билыт 600 мг" markalı, 5 qutu "Семаке 0,1% 3 мл" markalı, 7 qutu, hər qutuda 4 konvolyut, h konvolyutda 10 kapsul və 1 qutu, hər qutuda 2 konvolyut, hər konvolyutda 10 kaps "Буденофалк 3 мг" markalı dərman preparatlarının ümumi dəyəri 1911 (bir min doqquz yüz on bir) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə tənbehi nəzərdə tutulur. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan aşkar olunaraq götürülmüş və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 200 qutu “Sobranie London” markalı siqaret, 10 flakon ( "Неулептил 125 мл markalı, 2 qutu hər qutuda 100 hab "Кортеф 10мг" markalı, 3 qutu hər qutuda 5 ampul "имунофан 45 мл" markalı, 4 qutu hər qutuda 6 tablet " Бильтрицид 600 мг" markalı, 5 qutu "Семаке 0,1% 3 мл" markalı, 7 qutu hər qutuda 4 konvolyut, hər konvolyutda 10 kapsul və 1 qutu hər qutuda 2 konvolyut, hər konvolyutda 10 kapsul "Буденофалк 3 мг" dərman peraparatları müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar