Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2902/2024 22.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb ərazi baş gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb ərazi baş gömrük idarəsində 11000-01890/24 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün material ilə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin üvanına ** EY *** nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixli **********3932 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı baş gömrük idarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nın Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 1100/012/017153 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına 20EY705 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin «Vahid avtomatlaşdırılmış idarəetmə sistemi» informasiya resursundan «malın çatdırılması və boşaldılması»-na dair çıxarışdan görünür ki, ** EY *** nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 04:53-də Xaçmaz gömrük idarəsinin «Samur» gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin «Vahid avtomatlaşdırılmış idarəetmə sistemi» informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2024-cü il tarixli **********3932 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar ** EY *** nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024cü il tarixdə saat 04:53-də Xaçmaz gömrük idarəsinin «Samur» gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir, lakin xx.xx.2024-cü il tarixli **********3932 sorğu nömrəli gömrük bəyannaməsi bəyan edilən mallara dair tərtib edilmiş **********7985 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 09:53 radələrində gömrük orqanına rəsmiləşdirmək ücün göndərilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli, 3-33-1100/012/017153 nömrəli raport, gömrük xidmətinin «Vahid avtomatlaşdırılmış idarəetmə sistemi» informasiya resursundan «Malın çatdırılması və boşaldılması»na dair çıxarış və «Vahid avtomatlaşdırılmış idarəetmə sistemi» informasiya resursuna baxış keçirilməsi haqqında protokol və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Qərb ərazi baş gömrük idarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********3932 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına «Samur» gömrük postundan «alüminium tökmə formalar, çörək istehsalında istifadə olunan karton qablaşdırma» yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 1 avtomaşında «OOO MQ-EKSPORT-İMPOR»-dan daxil olan yük üçün xx.xx.2024-cü il tarixdə **********3932 nömrəli gömrük bəyənnaməsi tərtib edilərək rəsmiləşdirilməsi üçün təqdim edilmişdir. Lakin, sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozularaq Şəxs MMC tərəfindən qısa idxal bəyənnaməsi tərtib edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 485.2-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2902/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2902/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver