Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2904/2024 12.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığını, qətnamədən və icra işindən dünən xəbəri olduğunu bildirdi. Məhkəmə iclasında icra məmuru X3 tələbin könüllü icrası barədə bildirişin şəxsin ünvanına göndərildiyi, lakin hal-hazırda icra işində olmadığı üçün məhkəməyə təqdim edə bilmədiyini bildirdi. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür tələbin könüllü icrası barədə bildiriş tərtib olunsa da həmin bildirişin şəxs təqdim olunması müəyyən olunmur. İş materialları ilə də bu halı müəyyən etmək mümkün olmamışdır. Belə olan halda şəxin tələbi üzürsüz səbəbdəb icra edib-etməməsini müəyyən etmək mümkün deyildir. Ona görə də, inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2904/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2904/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver