Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2914/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsininin nümayəndəsi X14, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 və zərərçəkmiş X5 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3157/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 10 oktyabr 2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün, hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin X3 tutularaq tələbkar X8 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X9 tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq xəbərdarlıq verilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən borcunu tam ödəməkdn üzürsüz səbəbdən yayınır. X4 ödənilməmiş 400 manat aliment borcu vardır. Belə ki, borclu X10 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununlada borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsininin nümayəndəsi X21 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, lakin borclunun bugünki günə ödənilməmiş 400 manat aliment borcu qalmış, icra sənədini tam icra etməmişdir. X1 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolun təmin edilməsini və şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X10 izahatında bildirdi ki, o X11 ilə ayrılsa da uzun müddət onun evində usta olaraq çalışmışdır. Aliment borcunu onun evində çalışmaqla əvəzləmiş, qarşı tərəf isə buna etiraz etməmişdir. Hazırda usta ləvazimatları həmin qadının evindədir. Yanvar ayına kimi pul ödəməyəcək. Pulu ödəməməsinin səbəbi X5 evində işləməsi olmuşdur. Əgər ona vaxt verilərsə yanvar ayından hissə-hissə ödəmək iqtidarında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ona tez-tez uşaqların ondan olmadığını bildirir. O bu barədə məhkəməyə iddia ərizəsi də verəcəl. Əgər uşaqlar onun deyilsə niyə görə də aliment ödəməlidir. Məhkəmə iclasında X11 izahatında bildirdi ki, onun evində X10 deyil onun atası usta kimi çalışmışdır. O, Sahib Tanrıquliyev ilə 2.000 manat haqq müqabilində razılığa gəlmişlər. Atasına işə başlayarkən 1800 manat pul, işin sonunda isə 200 manat pul ödəmişdir. Ona heç bir borcu qalmamışdır. X9 isə 450 manat aliment ödəmək qət edilsə də o, Elşad Tanrıquliyev ilə hər ay 200 manat ödəmək barədə razılığa gəlmişlər. X20 isə son 2 aydır 200 manat olan aliment borcunu da ödəməkdən boyun qaçırır. Ona görə də X4 qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Bakı şəhər Rasamal Rayon Məhkəməsinin 2(004)-3157/202022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 10 oktyabr 2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün, hər ay, hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin X3 tutularaq tələbkar X8 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 3157/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Elşad Tanrıquliyev tələbin könüllü icrası barədə bildirişə xx.xx.2022-ci il tarixli bildirişə imza atmaqla götürmüşdür. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, 2022-ci il üçün xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, 2023-cü ili üçün 04.03. 2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 135 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə isə 100 manat olmaqla Elşad Tanrıquliyev tərəfindən zərərçəkmiş şəxsə 785 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Xəbərdarlıqların sürətindən görünür ki, X9 xx.xx.2023cü il tarixdə və son olaraq xx.xx.2023-cü il tarixdə tələbin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə” xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, X1 ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, X4 adına hər hansı bir əmlak mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərəçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X10 məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Belə ki, borclu izahatında pulu ödəməməsinin səbəbi kimi zərərçəkmiş şəxsin evində işləməsini göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə biməmişdir. Eyni zaman da məhkəmə borcu ödəməsi üçün borclu şəxsə vaxt verilməsini təklif etsə də borclu yanvar ayına kimi heç bir ödəniş etməyəcəyini, yanvar ayından sonra ödəniş edəcəyini bildirərək üzürsüz səbəbdən aliment borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda tərəflər arasında razılıq olsa belə məhkəmə qəntaməsi ilə X10 zərərçəkmiş şəxsə hər ay 200 manat deyil 450 manat ödəməlidir. Aliment məbləğinin aşağı endirilməsi ilə bağlı heç bir məhkəmə qərarı mövcud olmamışdır. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, bugünədək icra sənədi üzrə borcu ödəməmişdir. X1 hər ay qismən ödəniş etməsi, lakin son 2 ay ümumiyyətlə ödəniş etməməsi onu göstərir ki, onun hər ay ödəniş etməyə imkanı olmuş, lakin üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməmişdir. Bununla da, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onu müəyyən edilmiş aliment borcundan qismən ödəniş etməsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2914/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2914/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver