Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2914/2024 03.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X3 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin rəhbəri X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan X6 şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun rəhbərlik etdiyi "xxxx" MMC "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 22/22 saylı müqavilə əsasında Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı” çərçivəsində yaşayış binalarının tikintisi ilə məşğuldur. Şirkət işğaldan azad edilmiş ərazilərdə bir çox dövlət və xüsusi layihələrin icrasını bütün standartlara uyğun və keyfiyyətlə yerinə yetirməkdə davam edir. Xüsusən də, ölkə rəhbərliyinin nəzarətində olan, dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olaraq, işğaldan azad edilmiş ərazilərdə nöqsansız tikinti işləri görülür. Bu müddət ərzində bütün işçilərlə rəsmi əmək müqavilələri, subpodratçılarla isə xidməti müqavilələr bağlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti heç bir əsas olmadan 25 iyul 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarla onun barəsində 3000 (üç min) manat inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Həmin qərarın həm prosessual, həm də maddi baxımdan əsassız və qeyriqanuni olduğunu bildirir. Qərarda qeyd edilir ki, guya o, fiziki şəxslər X7, X10 və X8 ilə əmək müqaviləsi bağlamadan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən iş icazəsi almışdır. Hər üç şəxslə "xxxx" MMC arasında əmək müqaviləsi mövcud olmuşdur. xx.xx.2024-cü il tarixdə X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, X10 və X8 ilə bağlanmış müqavilələr isə işləməkdən imtina etdikləri üçün həmin tarixdən ləğv edilmişdir. Beləliklə, həmin şəxslər xx.xx.2024-cü il tarixdən heç bir əmək fəaliyyətinə cəlb olunmamışlar. Baş podratçı "xxxx" MMC tərəfindən təqdim edilmiş arayışdan da göründüyü kimi Qədimov N.N. xx.xx.2024-cü il tarixədək tikinti sahəsində texniki təhlükəsizlik təlimatı və işə davamiyyət jurnallarını imzalamışdır. Digər iki şəxsin isə Şuşa şəhərinə işləmələrinə dair heç bir qeydiyyat aparılmamışdır. Əlavə olaraq X13 Xidməti tərəfindən təqdim edilən sənədlərdə işğaldan azad edilmiş ərazilərə “iş icazəsi” alındığı qeyd edilir, halbuki, adından da göründüyü kimi (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi) bu sistemdə hər hansı “iş icazəsindən” söhbət belə getmir. Protokol tərtib olunduqdan sonra iş icrasına başlanılması üçün sübutları təqdim etmək məqsədi ilə 25 iyul tarixində DƏMX-nə dəvət olunsa da və sübutları təqdim etsə də DƏMX əməkdaşları sübutları qəbul etməyərək artıq protokolun yazıldığını qeyd etdilər və protokolun ləğv olunması səlahiyyətinə malik olmadıqlarını bildirdilər. İnzibati xəta haqqında protokolda adı göstərilmiş Qədimov N.N, Məmmədov V.Ə. və Mahmudov S.N. ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra tərəfindən əmək fəaliyyətinə cəlb edilməmişlər. Buna görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi, məsləhətçi-əmək müfəttişi X11 25 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu bildirdi və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X2 hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X1 Naib Nürəddin oğlu xx.xx.2024-cü il tarixdən, X10, X8 xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. 25 iyul 2024-cü il tarixli 425/24 nömrəli, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış cavab məktubundan görünür ki, "xxxx" MMC-nin işçisi X7 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Şuşa şəhərində işləmişdir. Bu barədə "xxxx" MMC-nin texniki təhlükəsizlik jurnalında müvafiq qeydlər aparılmış və işçi tərəfindən imzalanmışdır. Həmçinin adı çəkilən şəxsin işə davamiyyət jurnalında da imzası mövcuddur. Eyni zamanda X12 və X8 adlı işçilərin Şuşa şəhərində işə çıxmadıqlarını nəzərinizə çatdırırıq. Belə ki, həmin şəxslərin Şuşa layihəsində işləmələrinə dair hər hansı bir qeydiyyat aparılmamışdır. Gəncə Şəhər Məhkəməsinin 3(125)-2713/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-500/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 3(125)-2713/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, həmçinin eyni əməllə bağlı inzibati xəta haqqında iş üzrə Gəncə Şəhər Məhkəməsinin 3(125)-2713/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarında X9, X10 və X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri pozulmaqla əmək müqaviləsi olmadan və hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı öz təsdiqini tapdığı halda həmin Hüquqi Şəxsin direktoru X2 eyni əmələ görə vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur, o cümlədən qeyd edilən bu hallar İXM-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə ziddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, vəzifəli şəxs kimi X2 əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X4 tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsi X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin rəis müavini X4 tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2914/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2914/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver