Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2915/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük idarəsində 00900-00377/24 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü" gömrük postundan keçməklə 27NT075/27APE574 nömrə nişanlı nəqliyyat vasitəsilə Şəxs ünvanına gələn 1 əd “Kənd təsərrüfatı işləri üçün taxılyığan kombayn” yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuş və bu bərədə Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2024-cü il tarixli, 3-33-1600/019/002233 nömrəli raport daxil olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində aparılan araşdırma ilə əlaqədar olaraq onun ünvanına xx.xx.2024-cü il tarixli, 3-33-1600/2- 000805/2024 nömrəli məktub göndərilərək xx.xx.2024-cü il tarixdə Gəncə Gömrük İdarəsi, X5 (Əməliyyat və Təhqiqat şöbəsi) dəvət olunmuşdur. Şəxs nümayəndəsi xx.xx.2024-cü il tarixdə verdiyi izahatında Şəxs ünvanına 27NT075/27APE574 dövlət nömrə nişanlı yük avtomobilində idxal olunmuş 1 ədəd “Kənd təsərrüfatı işləri üçün taxılyığan kombayn” yüklərinə aid olan mal-müşayiət sənədlərini xx.xx.2024-cü il tarixdə saat 10:26-da şəxsi elektron mailto:caparli@mail.ruElektron ünvan 1 poçtundan “Azərterminalkompleks” Birliyinin əməkdaşı olan Mehdiyeva Nigara məxsus olan mailto:niqarm3000@gmail.comElektron ünvan 2 elektron poçta göndərdiyini, həmçinin Mehdiyeva Nigara bu barədə məlumat verdiyini o da tezliklə Qısa idxal bəyannaməsinin yazılacağını bildirsədə, qeyd edilən yükə dair qısa idxal bəyannaməsinin tərtib edilərək gömrük orqanına göndərilmədiyini və Şəxs ünvanına gələn yükün 22,06.2024-cü il tarixdə gömrük ərazisinə daxil olduğunu qeyd etmişdir. Mehdiyeva Nigar xx.xx.2024-cü il tarixdə verdiyi izahatında idxal olunmuş yüklərlə bağlı qısa idxal bəyannaməsinin tərtibatından ötrü hüquqi şəxs - “X4" İstehsalat Birliyinin nümayəndəsi Qasım Çaparlı xx.xx.2024-cü il tarixdə saat təqribən 10:30 radələrində idxal edəcəkləri yüklərin mal müşayiət sənədlərini ona göndərdiyini, daha sonra isə onunla əlaqə saxlayaraq həmin yüklərə görə qısa idxal bəyannaməsinin yazılmalı olduğunu, o da sizə iyun ayının 21-də işlərinin çox olması səbəbindən qısa idxal bəyannaməsini növbəti gün, yəni iyun ayının 22-də tərtib edəcəyi barədə telefonla əlaqə saxladığı zaman bildirdikdə Qasımın da onunla razılaşdığını bildirmişdir. O da Qasımın sözünə inanaraq dediyi kimi etdiyini və növbəti gün həmin yükün mal müşayiət sənədlərini qısa idxal bəyannaməsi tərtib edilməsi üçün iş yoldaşı olan X1 təqdim etdiyini, Aytən Bayramova da həmin yüklə bağlı xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsini tərtib etdiyini, qeyd olunan tarixdə saat təqribən 15 radələrində Qasımın onunla əlaqə saxlayaraq 27NT075/27APE574 dövlət nömrə nişanlı yük avtomobilinin artıq, yəni xx.xx.2024-cü il tarixdə səhər saat 07-08 aralığında gömrük sərhədini keçdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Çaparlı Qasım yenidən izahat verərək Mehdiyevə Nigarla telefon danışığı zamanı ona qısa idxal bəyannamələrinin iyun ayının 22-də tərtib edilə biləcəyini dediyini unutduğu üçün nəqliyyat vasitəsinin sürücüsünə onun xəbəri olmadan sərhəddi keçməməsi barədə məlumat vermədiyini və nəticədə 27NT075/27APE574 dövlət nömrə nişanlı yük avtomobilinin xx.xx.2024-cü il tarixdə səhər saat 07-08 aralığında gömrük sərhədini keçdiyini bildirmişdir. Həmçinin, “X4" İB tərəfindən gömrük qaydalarının pozulduğunu etiraf edərək, qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Məhkəmədə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 bildirdi ki, protokolda qeyd edilən inzibati xəta Şəxs İB tərəfindən törədilmişdir və qanunla müəyyən edilmiş inzibati tənbeh tətbiq edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük idarəsinin və nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və inzibati xəta haqqında işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********3877 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxsİstehsalat Birliyinin ünvanına «Qırmızı kürpü» gömrük postundan “Kənd təsərrüfatı işləri üçün taxılyığan kombayn” yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı və məhkəmə iclasında verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edildiyini, lakin yük gömrük orqanına gəlməmişdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilməməsini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2915/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2915/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver