Məhkəmə qərarları › İş №3(125)-2916/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2916/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2916/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 00900-00376/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə 27KN535/27KN566 nömrə nişanlı nəqliyyat vasitəsilə Şəxs ünvanına gələn 1 ədəd “Kənd təsərrüfatı işləri üçün taxılyığan Kombayn" yükünə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl Qısa idxal bəyannaməsi elektron formada tərtib edilib göndərilmədiyi aşkar olunmuş və bu barədə Əməliyyat və Təhqiqat şöbəsinə xx.xx.2024-cü il tarixli, 3-33-1600/012/002235 saylı Raport daxil olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində aparılan araşdırma ilə əlaqədar olaraq İB-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2-000810/2024 saylı məktub göndərilərək xx.xx.2024-cü il tarixdə Gəncə Gömrük İdarəsi, X4 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuşdur. Şəxs nümayəndəsi xx.xx.2024-cü il tarixdə verdiyi izahatında Şəxs ünvanına 27KN535/27KN566 dövlət nömrə nişanlı yük avtomobilində idxal olunmuş 1 ədəd “Kənd təsərrüfatı işləri üçün taxılyığan Kombayn” yüklərinə aid olan mal-müşayiət sənədlərini xx.xx.2024-cü il tarixdə saat 10:27-də şəxsi elektron caparlı@mail.ru poçtundan “Azərterminalkompleks” Birliyinin əməkdaşı olan Mehdiyeva Nigara məxsus olan Elektron ünvan elektron poçta göndərdiyini, həmçinin Mehdiyeva Nigara bu barədə məlumat verdiyini, o da tezliklə Qısa idxal bəyannaməsinin yazılacağını bildirsə də, qeyd edilən yükə dair qısa idxal bəyannaməsinin tərtib edilərək gömrük orqanına göndərilmədiyini və Şəxs ünvanına gələn yükün xx.xx.2024-cü il tarixdə gömrük ərazisinə daxil olduğunu qeyd etmişdir. Mehdiyeva Nigar xx.xx.2024-cü il tarixdə verdiyi izahatında idxal olunmuş yüklərlə bağlı qısa idxal bəyannaməsinin tərtibatından ötrü hüquqi şəxs - Şəxs nümayəndəsi Qasım Çaparlı xx.xx.2024-cü il tarixdə saat təqribən 10:30 radələrındə idxal edəcəkləri yüklərin mal müşayiət sənədlərini ona qöndərdiyini, daha sonra isə onunla əlaqə saxlayaraq həmin yüklərə görə qısa idxal bəyannaməsinin yazılmalı olduğunu, o da Sizə iyun ayının 21-də işlərinin çox olması səbəbindən qısa idxal bəyannaməsini növbəti gün, yəni iyun ayının 22-də tərtib edəcəyi barədə telefonla əlaqə saxladığı zaman bildirdikdə Qasımında onunla razılaşdığını bildirmişdir, o da Qasımın sözünə inanaraq dediyi kımı etdiyi və növbəti gün o, həmin yükün mal müşayiət sənədlərini qısa idxal bəyannaməsi tərtib edilməsi üçün iş yoldaşı olan X1 təqdim etdiyini, Aytən Bayramova da həmin yüklə bağlı xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsini tərtib etdiyini, qeyd olunan tarixdə saat təqribən 15 radələrində Qasımın onunla əlaqə saxlayaraq 27KN535/27KN566 dövlət nömrə nişanlı yük avtomobilinin artıq, yəni xx.xx.2024-cü il tarixdə səhər saat 07-08 aralığında gömrük sərhədini keçdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Çaparlı Qasım yenidən izahat verərək Mehdiyeva Nigarla telefon danışığı zamanı ona qısa idxal bəyannamələrinin iyun ayının 22-də tərtib edilə biləcəyini dediyini unutduğu üçün nəqliyyat vasitəsinin sürücüsünə onun xəbəri olmadan sərhədi keçməməsi barədə məlumat vermədiyini və nəticədə 27KN535/27KN566 dövlət nömrə nişanlı yük avtomobilinin xx.xx.2024-cü il tarixdə səhər saat 07-08 aralığında gömrük sərhədini keçdiyini bildirmişdir. Həmçinin Şəxs tərəfindən gömrük qaydalarının pozulduğunu etiraf edərək qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə 00900-00376/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İB tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs İB həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********3865 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs İB-nin ünvanına 27KN535/27KN566 nömrə nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə gələn “kənd təsərrüfatı işləri üçün taxılyığan kombayn” yükü Gəncə Gömrük İdarəsinə bəyan edilmişdir. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli izahatdan görünür ki, Şəxs İB-nin nümayəndəsi X2 Nigarla telefon danışığı zamanı ona qısa idxal bəyannamələrinin iyun ayının 22-də tərtib edilə biləcəyini dediyini unutduğu üçün nəqliyyat vasitəsinin sürücüsünə onun xəbəri olmadan sərhədi keçməməsi barədə məlumat vermədiyini və nəticədə 27KN535/27KN566 dövlət nömrə nişanlı yük avtomobilinin xx.xx.2024-cü il tarixdə səhər saat 07-08 aralığında gömrük sərhədini keçdiyini bildirmişdir. Həmçinin Şəxs tərəfindən gömrük qaydalarının pozulduğunu etiraf edərək qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs İB-nin idxal etdiyi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da Şəxs İB tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 18.5, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı – ünvan 6n 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar