Məhkəmə qərarları › İş №3(125)-292/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-292/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-292/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YNH inspektoru, polis mayoru X2, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Ə.Babayev küçəsi, ev 3A-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X6 şöbəsindən daxil olmuş materialdan görünür ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhər X7 prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 oğlunun idarə etdiyi “Chevrolet Malibu markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək onun barəsində İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol baxılması üçün material ilə birlikdə Gəncə şəhəri Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhər X7 prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 oğlunun idarə etdiyi “Chevrolet Malibu markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhər X7 prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X1 oğlunun idarə etdiyi “Chevrolet Malibu markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Həmin vaxt qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük hüququ məhdudlaşdırıldığından zərərçəkmiş şəxsə təklif etmişdir ki, ona dəymiş zərəri ödəyəcək və ona görə da razılaşaraq hadisə yerindən uzaqlaşmışlar. Lakin sonradan zərərçəkmiş şəxslə ödəniş barəsində razılıq əldə edə bilmədiklərindən zərərçəkmiş şəxs onun barəsində polisə şikayət vermişdir. Zərərçəkmiş şəxsin qeyd etdiyi zərəri ödəməyə maddi imkanı yoxdur. Dəymiş zərəri hissə-hissə ödəyə bilər. Maddi imkanı olmadığından barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhər X7 prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun idarə etdiyi “Chevrolet Malibu markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Lakin, onun avtomobilinə ciddi maddi ziyan dəymiş və ona dəymiş maddi ziyan ödənilməmişdir. İnzibati icraat aparılan şəxs ona hadisə baş verən zaman sürücülük hüququnun olmadığını bildirərək polisə xəbər verməməsini xahiş etmiş, dəymiş ziyanla bağlı razılıq əldə edildiyinə görə polisə məlumat verməmişdir. Lakin sonradan barəsində inzibati icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X1 Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhər X7 prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun idarə etdiyi “Chevrolet Malibu markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 16:55 radələrində Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili sürücülük hüququ olmadan idarə edərkən Gəncə şəhər X7 prospekti ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı onun avtomobili idarə etmək hüququ olmamışdır. İş materiallarında olan arayış ilə müəyyən olunur ki, Toyota Prius markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtombili idarə etmək üçün Şəxs sürücülük hüququ olmamışdır. “Avtomotoservis və ticarət Müəssisəsi”nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Chevrolet Malibu markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1750 manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin -332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 327.2, 332.1 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1 və 332.3 maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2, 332.1 və 332.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar