Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2920/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, «X3» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, «X3» Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs «X3» Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, № 00900-00343/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Gəncə Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixli 3-33- 1600/012/002257 nömrəli raport daxil olmuşdur. Raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X3” ASC tərəfindən xx.xx.2012-ci il tarixli, 0101 nömrəli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, **********7511 nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 18974 kq, dəyəri 183683,00 ABŞ dolları olan “Su sayğacları üçün hissələr” yükü Gəncə gömrük İdarəsində rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac eilmişdir. “X3” ASC tərəfindən xx.xx.2023-cü il tarixli, **********511 nömrəli gömrük bəyannaməsilə ixrac edilən yükün dəyərinin 129,66 ABŞ dolları valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan “X3” ASC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq ASC-nin qeydiyyatda olduğu ünvanına xx.xx.2024-cü il tarixli 3-33-1600/2-000826/2024 nömrəli məktub göndərilərək xx.xx.2024 2024-cü il tarixdə Gəncə Gömrük idarəsi X6 (Əməliyyat və Təhqiqat şöbəsi) dəvət olunmuşdur. Lakin, bu günə kimi ASC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X6 (Əməliyyat və Təhqiqat şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00900-00343/24 nömrəli inzibati xəta haqqında is üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş yuxarıda qeyd edilən bəyannamə üzrə yükün dəyərinin qalıq məbləği olan 129,66 ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 17000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləin 220,42 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeyd hissəsində: “az miqdar “dedikdə qaytarılmamış xarici valyuta vəsaitinin 20000 manatadək olan məbləği başa düşülür. Beləliklə də, ünvan 1 ünvanında qeydiyyatda olan "X3” ASC ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 220,42 manat valyuta vəsaiti az miqdar təşkil etmiş və nəticədə "X3” ASC Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli 3-33-1600/012/002257 nömrəli raportla və işdə olan digər sənədlərlə təsdiq edilir. Məhkəmədə «X3» ASC-nin nümayəndəsi X5 bildirdi ki, o, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin icraçı direktorudur. Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük idarəsi tərəfindən tərtib olunmuş protokolda qeyd edilən inzibati xəta «X3» ASC tərəfindən törədilmişdir. Odur ki, ASC barəsində qanunla müəyyən edilmiş inzibati tənbeh tətbiq edilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********7511 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “su sayğacları üçün hissələr” yükü rəsmləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “X3” ASC (VÖEN **********) tərəfindən Rusiya Federasiyasına ixrac edilmiş "su sayğacları üçün hissələr” yükünü **********7511 qeydiyyat nömrəli gömrük bəyannaməsi ilə göndərdiyi 183683.00 ABŞ dolları dəyərində olan yükün bir hissəsini 183553.34 ABŞ dollarını ixracatçının hesabına köçürmüş qalan 129,66 ABŞ dollarını ixracatçının bank hesabına köçürülməmişdir. Araşdırma müddətində müəssisəyə yazılı olaraq vəsaitin ixracatçının bank hesabına köçürülməsi haqqında məlumatların Gömrük idarəsinə təqdim edilməsi və Mərkəzi bankın portalına daxil edilməsi üçün 3-33-1600/2-000437/2024 qeydiyyat nömrəli xəbərdarlıq və 3-33- 1600/2-000585/2024 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Lakin “X3” ASC tərəfindən vəsaitin hesablarına daxil olması haqqında bank məlumatları təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, protokolu, və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, «X3» ASC Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs «X3» ASC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 129,66 ABŞ dolları valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs «X3» ASC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs «X3» ASC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 129,66 ABŞ dolları məbləğinin 30 (otuz) faizi, yəni 38,90 ABŞ dolları miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: «X3» Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 129,66 ABŞ dolları (yüz iyirmi doqquz dollar altmış altı sent) valyuta vəsaitinin 30 (otuz) faizi miqdarında, yəni 38,90 ABŞ dolları (otuz səkkiz dollar, doxsan sent) məbləğində qərarın icra edildiyi gün manata olan məzənnə ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2920/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2920/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver