Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2921/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, 14000-01002/24 nömrəli və xx.xx.2024-cü il tarixli, 14000-01002/24-1 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 14000-01002/24 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X6" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən 24 iyul 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********4602, **********4579 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Gürcüstandan ünvanına TC770TB/EE919E nömrəli daşıyıcı yük avtomobili ilə gələn 2 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 23 iyul 2024cü il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, 3-33-3300/012/002757 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs ünvanına gələn 2 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi **********4602, **********4579 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********4602, **********4579 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan, **********4602, **********4579 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs ünvanına gələn 2 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunu xx.xx.2024-cü il tarixdə keçmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-33000/012/002757 nömrəli xx.xx.2024-cü il tarixli raport, **********4602, **********4579 sorğu nömrəli gömrük bəyannamələri, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarış və şirkətin nümayəndəsinin sorğu-sual protokolu ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X4 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC-nin ünvanına TC770TB/EE919E nömrəli yük avtomobili ilə Gürcüstandan 2 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, Mazımqara gömrük postundan keçirilərək ölkə ərazisinə daxil olmuşdur. Sürücü nəqliyyat vasitəsinin sərhədi keçməsi barədə məlumat vermədiyi üçün tərəflərindən qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixli, 14000-01002/24-1 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X6" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən 24 iyul 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********4346, **********4305, **********4272 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Gürcüstandan ünvanına TC080TB/EE402E nömrəli daşıyıcı yük avtomobili ilə gələn 3 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 23 iyul 2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, 3-33- 3300/012/002757 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq Şəxs ünvanına gələn 3 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi **********4346, **********4305, **********4272 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********4346, **********4305, **********4272 sorğu nömrəli gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan, **********4346, **********4305, **********4272 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs ünvanına gələn 3 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunu xx.xx.2024-cü il tarixdə keçmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-33000/012/002757 nömrəli xx.xx.2024-cü il tarixli raport, **********4346, **********4305, **********4272 sorğu nömrəli gömrük bəyannamələri, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarış və şirkətin nümayəndəsinin sorğu-sual protokolu ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X4 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC-nin ünvanına TC080TB/EE402E nömrəli yük avtomobili ilə Gürcüstandan 3 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, Mazımqara gömrük postundan keçirilərək ölkə ərazisinə daxil olmuşdur. Sürücü nəqliyyat vasitəsinin sərhədi keçməsi barədə məlumat vermədiyi üçün tərəflərindən qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 protokollarda qeyd olunan inzibati xətanın həqiqətən də onun nümayəndəsi olduğu MMC tərəfindən törədildiyi və tətbiq olunacaq inzibati cəriməni ödəməyə hazır olduqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********4602, **********4579 nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-nin ünvanına Gürcüstan Respublikasından TC770TB/EE919E nömrəli daşıyıcı yük avtomobili ilə “Mazımqara” gömrük postundan keçməklə gələn 2 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsini Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********4346, **********4305, **********4272 nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC-nin ünvanına Gürcüstan Respublikasından TC080TB/EE402E nömrəli daşıyıcı yük avtomobili ilə “Mazımqara” gömrük postundan keçməklə gələn 3 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsini Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə bəyan edilmişdir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X4 nümayəndəsi olduğu Şəxs MMC-nin ünvanına TC770TB/EE919E və TC080TB/EE402E nömrəli yük avtomobilləri ilə Gürcüstandan 2 ədəd və 3 ədəd 2024-cü il buraxılışlı, “Toyota” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə, Mazımqara gömrük postundan keçirilərək ölkə ərazisinə daxil olduğunu və sürücü nəqliyyat vasitəsinin sərhədi keçməsi barədə məlumat vermədiyi üçün tərəflərindən qısa idxal bəyannaməsi tərtib olunmadığını bildirmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin idxal etdiyi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 18.5, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı – Gəncə şəhəri, Gəncə-Şəmkir yolunun sağ tərəfi) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2921/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2921/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver