Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2928/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, baş leytenant X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il təvvəlüdlü, Daşkəsən rayonunda doğulmuş, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA*******, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ev 14, mənzil 2-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material 05 avqust 2025-cü il tarixdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, baş leytenant X3 tərəfindən tərtib olunmuş 05 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində “Gəncə Mall” ticarət mərkəzində yerləşən “Bravo” mağazasından 400 (dörd yüz) manat dəyərində müxtəlif məhsullar oğurlamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 277-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, baş leytenant X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə X1 şəhəri 1-ci PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə “Gəncə Mall” yerləşən işlədiyi Bravo mağazasından naməlum şəxs və ya şəxslər 400 manat dəyərində müxtəlif qida məhsulları oğurlamışdır. Aparılmış əməliiyat tədbirləri nəticəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu tərətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Barəsində edilmiş müraciətlə tanış olmuş, həmin müraciətlə bağlı bildirir ki, maddi imkanı olmadığı üçün 2 gündür acdır. İşləmək üçün bir neçə yerə müraciət etsədə işə götürməmişdirlər. O da ac olduğu üçün “Gəncə Mall”da olan Bravo Marketdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə aclıqdan dayana bilmədiyi üçün “Gəncə Mall”a gedərək Bravo Marketdən müxtəlif növ məhsulları gizli səbətə yığaraq oradan çıxmışdır. Daha sonra oradan bəzilərini yemiş, digərlərini daha sonra yemək üçün saxlamışdır. Törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olmaqa məhkəmə iclasında tədqiq edilmiş; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli məhkəməyə ünvanlanmış ərizəsində hüquqlarının ona izah olunduğunu, müdafiəçi istəmədiyini, həmçinin vəkildən imtinasının səbəbinin maddi imkanı ilə əlaqəli olmadığını yazılı ərizəsində bildirmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:15də inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən dəymiş əmlakın dəyəri 500 AZN-dən yuxarı olarsa cinayət məsuliyyəti yaradır. Ona görə də, həmin hadisə vaxtı Şəxs əməlində cinayət tərkibi olmadığından, HK- 1/2071 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs, xx.xx.2025ci il Gəncə şəhəri, “Gəncə Mall” ticarət mərkəzində yerləşən “Bravo” marketdən 400 manat dəyərində müxtəlif məhsulları oğurlamaqla Şəxs əməlində cinayət tərkibi olmadığından, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin aidiyyatı üzrə verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokollar və işin digər materialları tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Ona görə də X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs oğurluq cinayətini törətdiyinə görə 2 dəfə məhkum edilməsi, o cümlədən xx.xx.2024-cü il tarixində də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və yenidən eyni növ inzibati xətanı törətməsi onun hələ də islah olunmadığını göstərir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, o, 2 (iki) ay müddətinə inzibati həbs edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan 04 avqust 2025-ci il tarixdən saat 11:15-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində 2 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 04 avqust 2025-ci il tarixdən saat 11:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2928/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2928/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver