Məhkəmə qərarları › İş №3(125)-2930/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2930/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2930/2024 16.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müdafiəçisi X3 iştirakı ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi iləinzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə2 bildirdi ki, vətəndaş X1 Şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciət aidiyyəti üzrə Nazirlik yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və Şəxs MMC-nin baş direktoru X5 tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq X1 «Azrib” MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə, hüquqi şəxs kimi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati icraat aparılan hüquqi şəxsin müdafiəçisi X7 izahatında bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, hazırkı inzibati icraat haqqında Şəxs MMC məlumatlandırılmamışdır və MMC-nin konustitusion hüququ olan müdafiə hüququ pozulmuşdur. Bundan başqa, Şəxs MMC-nin hüquqi ünvanı və əsas idarəetmə mərkəzi Gəncə şəhəridir. Bunu inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsində baxılması da sübut edən faktdır. Ona görə də inzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron Xızı regional şöbəsi deyil, Gəncə regional şöbəsi tərtib etməli idi. Bunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron Xızı regional şöbəsinin prosesual hüquq pozuntusudur. Lakin, hazırkı iş üzrə protokolu tərtib edən orqan maddi hüquq pozuntusuna da yol vermişdir. X1 şikayəti əsasında başladılan inzibati xəta haqqında icraat tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, Elbrus Hüseynov Şəxs MMC-ə iş ilə bağlı müraciət edib, onunla əmək müqaviləsi bağlanıb, tələb olunan sənədləri tam şəkildə təqdim etmədiyi üçün o, işə cəlb edilməmiş və elektron informasiya sisteminə əlavə edilməmişdir. Ona hətta müvafiq vəsiqə də təqdim edilmişdir. O, vəsiqəni əldə etdikdən sonra MMC-ni şantaj etməyə başlamışdır. O, MMC-ni şantaj edərək, əgər ona onun tələb etdiyi pul vəsaiti ödənilməsə, MMC-dən şikayət edəcəyini bildirmişdir. İlk öncə bunun dediklərinə əhəmiyyət verilməmişdir. Sonradan o, şikayət etdikdən sonra o, MMC-ə dəvət edilmiş, hər hansı bir işə cəlb edilmədiyi ona izah edilmiş və şikayətini geri götürməsini və müqabilində sənədlərin toplanması üçün çəkdiyi xərci ödəyəcəklərinə söz vermişlər. O, ilk öncə onlarla razılaşmış və şikayətinin olmaması barədə ərizə ilə Müfəttişliyə müraciət etmişdir. Bundan sonra onunla bu cür söhbətlərindən "xxxx" MMC-dən əlavə pullar tələb etməyə başlamışdır. MMC bunun bu şantaj xarakterli tələbini təmin etmədikdə yenidən şikayət etmişdir. Bundan əlavə, Elbrus Hüseynovla MMC arasında bağlanmış müqavilədə işçinin əmək kitabçasını təqdim etdikdən sonra mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınacağı qeyd edilmişdir. Lakin o, əmək kitabçasını təqdim etmədiyindən onun işə götürülməsi mümkün olmamışdır. Əmək müqaviləsinin bağlanılması və ona xidməti vəsiqənin verilməsi onu göstərir ki, MMC Elbrus Hüseynovu həqiqətən də işə götürmək niyyətində olub, lakin qeyd edilən səbəblərdən işə götürülməsi mümkün olmamışdır. Bundan başqa, məhkəməyə guya Elbrus Hüseynovun ona MMC tərəfindən aylıq əmək haqqı ödənildiyi qeyd edilən ödəniş cədvəllərinin kserosurəti təqdim edilsə də, həmin sənədlər həqiqəti əks etdirmir. Belə ki, həm qeyd edilən sənədlər kserosurətdir, həm də həmin sənədlərdə sadəcə Elbrus Hüseynovun əmək haqqı aldığı qeyd edilmişdir, lakin MMC tərəfindən ödəniş cədvəli heç bir işçi üçün fərdi qaydada tərtib olunmur. Bütün bunlar həmin sənədlərin həqiqəti əks etdirmədiyini göstərir. Odur ki, qeyd edilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının çıxışlarını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbi pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Şəxs MMC ilə X4 arasında Elbrus Hüseynovun MMC-də bölgə müdiri vəzifəsinə qəbul edilməsinə dair 1 il müddətinə əmək müqaviləsi bağlanılmışdır.Əmək müqaviləsini 2.5-ci bəndində qeyd edilmişdir ki, müqavilə xx.xx.2023-cü il tarixdə qüvvəyə minir və işçi əmək kitabçasını işəgötürənə təqdim etdiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş informasiya sistemində qeydiyyata alınır. - Əmək haqqı hesablama və ödəniş cədvəllərinin kserosurətlərindən görünür ki, X2 yanvar ayı üçün 1.102,63 manat, mart ayı üçün 1.500 manat və aprel ayı üçün 500 manat əmək haqqı alması qeyd edilmişdir. - Xidməti vəsiqənin surətindən görünür ki, Elbrus Hüseynova Şəxs MMC tərəfindən xidməti vəsiqə verilmişdir. - Məhkəməyə təqdim edilmiş bildirişlərdən və poçt sənədlərindən görünür ki, ƏƏSMN yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən Şəxs MM-nin poçt ünvanına inzibati xəta haqqında işə baxılmasının vaxtı barədə, həmçinin barəsində protokol tərtib edilib məhkəməyə göndərilməsi barədə məlumatlar göndərilmişdir. - 0013/24 nömrəli 05 fevral 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Şəxs MMC tərəfindənişçilərə ödəniləcək əmək haqqı məbləğləri qeyd edilmiş, həmin ödəniş cədvəli həm Şəxs MMC-nin təşkilat rəhbəri Xəyal Məhərrəmov tərəfindən imza edilməklə MMC-nin rəsmi möhrü ilə, həmçinin “Xalq Bank”ın rəsmi möhrü ilə təsdiqlənmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs MMC-nin əməlində Azərbaycan RespublikasıİXM-in 192.1-cimaddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən Elbrus Hüseynovla qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlanılmış, ona xidməti vəsiqə təqdim edilmişdir. Əmək müqaviləsində Elbrus Hüseynov tərəfindən əmək kitabçası təqdim edildikdən sonra onu müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş informasiya sistemində qeydiyyata alınacağına dair şərt qeyd edilmişdir. Məhkəmədə hüquqi şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, Elbrus Hüseynov əmək kitabçasını təqdim etmədiyi üçün onun qeydiyyata alınması mümkün olmamışdır. Səlahiyyətli orqan tərəfindən isə bu halı təkzib edən subutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə səlahiyyətli orqan tərəfindən məhkəməyə Elbrus Hüseynova cari ilin yanvar, mart və aprel aylarında Şəxs MMC tərəfindən aylıq əmək haqqı ödənildiyinə dair təqdim edilmiş ödəniş cədvəllərinə hüquqi qiymət verərək hesab edir ki, həmin sənədlər kserosurət olmaqla, mötəbərliyi şübhə doğurduğundan sübut kimi qəbul edilə bilməz. Əksinə, Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilən Şəxs MMC-nin işçiləri üçün əmək haqqının verilməsinə dair ödəniş tapşırığında Elbrus Hüseynovun adı qeyd edilməmişdir. Məhkəmə həmin sənədi həm əsli olduğundan, həm də MMC-nin rəhbərliyinin imza və möhrü ilə təsdiqlənməsi ilə yanaşı “Xalq Bank” tərəfindən də təsdiqləndiyi üçün daha mötəbər hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmadığı müəyyən olunduğundan, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsiilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar