Məhkəmə qərarları › İş №3(125)-2931/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2931/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2931/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, xx.xx.2001-ci il təvvəlüdlü, Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 25-də qeydiyyatda olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol üzrə işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:24-də “VAZ 21214” minik markalı **- LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırkı inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal müəyyən edildiyindən başlanmış icraata xitam verilməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-2880/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilməsi qərara alınmışdır. Göründüyü kimi Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)-2880/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinərək tənbeh edilmişdir. Belə ki, hazırkı protokolda qeyd edilən fakt ilə şəxsin İXM-nin 206-cı maddəsi ilə tənbeh edilməsi faktı eynidir və aydın şəkildə görünür ki, şəxs eyni fakta görə sanksiyasında daha ağır inzibati tənbeh nəzərdə tutulmuş İXM-nin 206-cı maddəsi ilə tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və inzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərə alaraq hesab edir ki, Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə başlanımış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 48–50, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar