Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2932/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X7 Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamış, habelə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında göstərdi ki, Şəxs fasiləsiz olaraq DİN-in 102 Xidmətinə zəng etmiş, iş rejimini pozmuş və operatorların və əməkdaşların ünvanına nalayiq ifadələr işlətməklə onları təhqir etmişdir. Bu məsələ ilə əlaqədar Şəxs evinə getdikdə isə o polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, pəncərədən tullanaraq qaçmağa çalışmışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, polis əməkdaşları ona yaxınlaşdığı zaman o, əsəbi olduğu üçün onların qanuni tələblərinə tabe olmamış və nalayiq ifadələr işlətmişdir. O, törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Barəsində inzibati icraat aparılan şəxsin müdafiəçisi X5 izahatında bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunu işığa pul vurması üçün yollamışdır, lakin bir müddət keçdikdən sonra oğlu evə gəlməmişdir, və bundan narahat olub 102-yə zəng vurmuşdur. Daha sonra axşamı gözləyib yenidən 102-yə zəng etdikdə narkoloji şöbənin nömrəsi verilmişdir. Narkoloji şöbəyə zəng vurduğda isə oğlunun öldüyünü və morqa aparıldığını bildiriblər, buna əsəbləşib inzibati xətanı törətmişdir. Şəxs, hamçinin oğlunun psixoloji problemləri və ağrıları vardır. Odur ki, Barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, habelə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli Rəvan Məmmədovun tərtib etdiyi protokoldan görünür ki, Bu protokolu 2-ci Polis Şöbəsinin İTB-nın sahə rəisi, polis kapitanı X1 iştirakı ilə tərtib etmişdir. Bu protokolu ondan ötrü tərtib edilib ki, Şəxs adlı vətəndaş barəsində tərtib edilmiş protokola və əlavə edilmiş materiallara izahat verməkdən və imza çəkməkdən imtina etmişdir. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli məhkəməyə təqdim olunan materiallarla barəsində inzibati icraat aparılan şəxslə tanış etmə haqqında protokoldan görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim ediləcək materiallarla tanış olmuşdur. - İş materiallarında olan 2-ci Polis Şöbəsinin növbətçisi Polis mayoru Saqif Muradovun yazdığı raportdan görünür ki, Şəxs fasiləsiz zəng edərək, iş rejimini pozub və nalayiq ifadələr işlətmişdir. - İş materiallarında olan 2-ci Polis Şöbəsinin növbətçisi Polis kapitanı E.Babakişiyevin yazdığı raportdan görünür ki, Şəxs operatorların ünvanına nalayiq ifadələr işlətmişdir. - İş materiallarında olan 2-ci Polis Şöbəsinin növbətçisi Polis mayoru Ə.Mustafayevin yazdığı raportdan görünür ki, Şəxs iş rejimini pozaraq, nalayiq ifadələr işlətmişdir. - İş materiallarında olan raportlardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:52də, xx.xx.2025-ci il tarixdə saat 17:34-də, xx.xx.2025-ci il tarixdə saat 12:48-də, xx.xx.2025-ci il tarixdə saat 10:52-də, xx.xx.2025-ci il tarixdə saat 10:19-da, xx.xx.2025-ci il tarixdə saat 19:39-da, xx.xx.2025-ci il tarixdə saat 11:42-də fasiləsiz olaraq DİN-in 102 Xidmətinə zəng etmiş, iş rejimini pozmuş və operatorların və əməkdaşların ünvanına nalayiq ifadələr işlətməklə onları təhqir etmişdir. - İş materiallarına əlavə edilmiş, özündə qeyd olunan təhqirləri əks etdirən 1 ədəd DVD Diskdə olan səs yazılarından görünür ki, 102 xidmətinə zəng edərək ona cavab vermiş “102 Polis Xidməti Əzimova” ifadəsindən sonra Şəxs öz cavabında “aqy xanım, ay paşinyanın yoldaşı” deyərək operatoru təhqir etmiş, bundan sonra operator cavabında “xanım, kimə deyirsiz o ifadəni?!” dedikdə Şəxs cavab olaraq bildirmişdir ki, “o ifadəni sən q****yə, sən lotuya, ay ermənilər, get s***dir, sənin dəstəyinə tüpürüm, paşinyan daldan vuran” deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. - İş materiallarına əlavə edilmiş həmin DVD Diskdə olan digər səs yazısından görünür ki, operator cavab verərək “102 Polis xidməti – serjant Səlimova” dediyi anda Şəxs “ay sənin operator ağzına v***m, ay paşinyan s**an, ay narkomaniyanın rəisi s**ən, müavini s**ən, ay q***ə, ay lotu” deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. - İş materiallarına əlavə edilmiş həmin DVD Diskdə olan digər səs yazısından görünür ki, operator cavab verərək “102 Polis – Rəhimli” dediyi anda Şəxs “ay o*****n kukla, ay erməni, erməniləri sizi niyə s***mədi, belə buraxdı mənim oğlum sizi qurtardı, ermənilərin əlindən aldı, sənin torpağına s***ım, q**bə, ş***va, paşinyan s***n” deyərək nalayiq ifadələr işlətməyə davam etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşmanlıq hissi keçirməsini onun hərəkətlərində inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs eyni inzibati xətanı 1 il ərzində təkrar törətməsini onun hərəkətlərində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə tətbiq olunmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində ona 200 manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2932/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2932/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver