Məhkəmə qərarları › İş №3(125)-2934/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2934/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2934/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 30 iyul 2025-ci il tarixli 10000-00085/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 30 iyul 2025-ci il tarixli 10000-00085/25 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında iş xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına əsas və səbəb Əməliyyat-İstintaq Baş İdarəsi istintaq idarəsinin 2ci şöbəsində 3-33/1-010050/2025 nömrəli material üzrə 16 iyul 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində Azərbaycan Respublikasının Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi olmuşdur. Aparılmış inzibati araşdırma ilə müəyyən olunmuşdur ki, 29 yanvar 2025-ci il tarixdə saat 08 radələrində Rusiya Federasiyası istiqamətindən Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Mercedes-Benz Actross” markalı 99NM385/99ZK247 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat eləsinin kabinəsinin sağ-yuxarı hissəsində - sərnişin oturacağının üst tərəfində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən (dolabça) aşkar edilmiş 2 ədəd 0,7 litrlik “Absolut” markalı arağı, yataq yerinin arxa hissəsindən aşkar edilmiş 3 ədəd 1,75 litrlik “Beluga” markalı arağı, kabinanın salonunun sol tərəfində, yəni sürücü oturacağının sol-arxa hissəsindən aşkar edilmiş 1 ədəd 0,7 litrlik “Absolut’’ və 2 ədəd 1 litrlik “Rasputin” markalı araqları, yataq yerinin alt hissəsinin sol tərəfində olan boşluqdan aşkar edilmiş 2 ədəd karton qutuda 7 ədəd 0,7 litrlik və 5 ədəd də 1 litrlik “Gallant” markalı araqları, ümumillikdə Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı və ya məcburi nişanlanması ilə nişanlanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış spirtli içkiləri sonuncu gömrük orqanlarına bəyan etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün ifadəsi ilə yanaşı, ekspert rəyi və toplanmış digər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Baş İdarəsinin İstintaq idarəsində verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhərində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün etibarnamə əsasında idarə etdiyi “Mercedes- Benz Actross” markalı, 99NM385/99ZK247 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə xarici ölkələrə, əsasən də Rusiya Federasiyasına və əks istiqamətdə yük daşımaqla məşğul olur. Sonuncu dəfə 11 yanvar 2025-ci il tarixdə Şəmkir rayonundan Rusiya Federasiyasının Moskva şəhərinə “xurma” yükü aparmışdır. Apardığı yükü Moskva şəhərinə çatdırdıqdan sonra Bakı şəhərinə gətirmək üçün “yoqurt” yükü götürüb yola düşmüşdür. Hələ Moskva şəhərində olarkən Natiq adlı dostu ona hədiyyə olaraq 1 ədəd 0,7 litrlik “Hennessy” markalı konyak veribmiş. Bundan sonra oradakı mağazalardan bir qədər də ev üçün ərzaq almış və yük hazır olduqdan sonra götürüb yola düşmüşdür. 28 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası tərəfdə yerləşən Yaraq-Kazmalyar gömrük postuna çatmışdır. Burada növbə olduğu üçün bir neçə saat növbədə gözləmiş, nəqliyyat vasitəsinin qeydiyyat və yoxlama işləri yekunlaşdıqdan sonra, artıq 29 yanvar 2025-ci il tarixdə təxminən saat 8 radələrində Azərbaycan Respublikası tərəfdə “Samur” gömrük postuna daxil olmuşdur. Burada idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra gömrük əməkdaşı ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan mallarla bağlı sorğusual aparmış, o da maşında 1 ədəd 0,7 litrlik konyak və bir qədər də qarışıq ərzaq olduğunu demişdir. Bundan sonra həmin gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə yoxlama keçirilmiş və yoxlama zamanı, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra o, yoxlama xəttindən çıxaraq postun ərazisində maşını saxlamış və sənədlərini götürərək qeydiyyat otağına yaxınlaşmışdır. Növbə çox olduğu üçün burada bir qədər gözləmiş, qeydiyyat işləri bitən zaman, ona bildirilmişdir ki, maşını rentgen yoxlamasına göndəriləcək. O, buna etiraz etməmiş və nəqliyyat vasitəsinin qoşqusuna GPS cihazı vurulduqdan sonra o, postdan çıxaraq təxminən 1 km məsafədə olan rentgen qurğusuna tərəf irəliləmişdir. Postdan çıxdıqdan təxminən 700-800 metr məsafədə olan dairənin yanında bir adam durduğunu və maşını saxlamağı üçün ona əl etdiyini görmüşdür. O, maşını saxlamış, həmin adam ondan Bakıya gedib-getmədiyini soruşmuşdur. O da Bakı şəhərinə getdiyini demiş və həmin şəxs bir qədər araq olduğunu və həmin araqları Bakı şəhərinə aparmağı ondan xahiş etmişdir. Üstəlik bildirmişdir ki, Bakı şəhərinə çatan zaman araqları ondan götürən şəxs ona hörmət edəcək, yəni pul verəcək. Ancaq hər hansı bir məbləğ barədə razılaşmaları olmamışdır. Çünki fikirləşmişdir ki, onsuzda bu yolu gedəcək, nə qədər pul verilsə əlavə gəliri olar. Həmin şəxs 2 ədəd karton qutuda və 1 ədəd sellofan paketdə olan araqları vermişdir. O, həmin şəxsdən araqları götürüb hamısı bir yerdə olub, bir-birinə dəyib qırılmasın deyə kabinənin müxtəlif yerlərinə yığmışdır. Həmin şəxs ondan Bakı şəhərinə nə vaxt çatacağını soruşmuş, o da bildirmişdir ki, təxminən 4-5 saata çatar. Həmin şəxs onun mobil telefon nömrəsini götürərək araqları götürəcək şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin vaxt yadından çıxdığı üçün o, həmin şəxsin eləcə də araqları ondan götürməli olan şəxsin mobil telefon nömrəsini götürməmişdir. Bundan sonra o, Samur terminalına çatmış və növbəsi çatdıqdan sonra stasionar rentgen aparatının konteynrinə daxil olmuşdur. Burada gömrük əməkdaşı ondan pasportunu istəmiş, yükün nə olduğunu soruşmuşdur. O öz pasportunu və yükü sənədlərini gömrük əməkdaşına təqdim etmiş, nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra gömrük əməkdaşı ona yaxınlaşaraq, şübhəli məqamlar müşahidə etdiyini və bu səbəbdən də nəqliyyat vasitəsinə Samur gömrük postunda təkrar yoxlama keçiriləcəyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşlarının müşayiəti ilə o, nəqliyyat vasitəsi ilə birlikdə Samur gömrük postuna getmişdir. Posta gələn zaman həmin şəxs hələ də yol kənarında idi və onun, gömrük əməkdaşlarının müşayiəti ilə posta getdiyini görmüşdür. Həmin vaxt istəmişdir ki, maşını saxlayıb həmin şəxsin adını və mobil telefon nömrəsini soruşsun, lakin artıq hərəkətdə olduğu üçün həmçinin, önündə və arxasında gömrük xidmətinin nəqliyyat vasitəsləri olduğu üçün saxlaya bilməmişdir. Samur gömrük postuna daxil olduqdan sonra nəqliyyat vasitəsinə yoxlama keçirilmiş və həmin şəxsin ona verdiyi araqlar aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı tərəfindən həmin araqlara ətraflı baxış keçirilmiş və “Absolut’’, “Beluga”, “Rasputin” və “Gallant” markalı olmaqla 20 ədəd araq olduğu məlum olmuşdur. Bundan sonra gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək qeyd etdiyi araqla və bunlarla yanaşı özünə məxsus olan və 1-ci yoxlama zamanı bəyan etdiyi 1 ədəd 0,7 litrlik “Hennessy” markalı konyak da götürülmüşdür. O da həmin protokolun müvafiq yerlərində imzalar etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsindən aşkar edilmiş konyak ona məxsusdur, lakin araqlar onun deyil. Gömrük yoxlaması başlanmazdan əvvəl bəyan etdiyi 0,7 litrlik “Hepnessy” markalı konyakla bağlı gömrük bəyannaməsi təqdim etməmiş, şifahi formada bəyan etmişdir. Qeyd edilən araqları ona verən şəxsi tanımır və onun barəsində hər hansı bir məlumatı yoxdur. Həmçinin araqları ondan Bakı şəhərində götürməli olan şəxs barəsində də hər hansı bir məlumatı yoxdur. Araqları ona verən şəxs 2 ədəd karton qutuda və 1 ədəd sellofan paketdə verib. Həmin araqları müəyyən saylarda kabinənin müxtəlif yerlərində yerləşdirməsinin səbəbi isə maşın hərəkətdə olarkən həmin araqların bir-birinə dəyib qırılmasının qarşısını almaq olmuşdur. Nəqliyyat vasitəsində olan araqlar aşkar edildikdən sonra onunla araqları götürməklə bağlı onunla heç kim əlaqə saxlamayıb. Çünki o stasionar rentgendən gömrük əməkdaşlarının müşayiəti ilə Samur postuna gedərkən araqları ona verən şəxs hələdə yolun kənarında olmuş və onun müşayiət altında yenidən postda qayıtdığını görmüşdür. Beləliklə, xx.xx.1973-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan Şəxs təqsirləndirilir ondan ötrü ki, o 29 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Mercedes-Benz Actross” markalı, 99NM385/99ZK247 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinəsinin sağ-yuxarı hissəsində - sərnişin oturacağının üst tərəfində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən (dolabça), yataq yerinin arxa hissəsindən, kabinənin salonunun sol tərəfində, yəni sürücü oturacağının sol-arxa hissəsindən, yataq yerinin alt hissəsinin sol tərəfində olan boşluqdan aşkar edilmiş ümumi dəyəri 1348 manat (gömrük nəzarətinə bəyan etdiyi 91,45 manat dəyərindəki 1 ədəd 0,7 litrlik “Hennessy” markalı konyak çıxılmaqla) olan araqları, ümumillikdə Azərbaycan Respublikasının aksız markası ilə markalanmalı və ya məcburi nişanlanması ilə nişanlanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış spirtli içkiləri gömrük orqanına bəyan etməmişdir. Şəxs törətdiyi əməl düzgün olaraq AR-ın İXM-ın 482.1-ci maddəsi ilə tövsif olunmuş və həmin maddənin tələblərinə müvafiq məsuliyyət daşımalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Əməliyyat-İstintaq Baş İdarəsi istintaq idarəsinin 2-ci şöbəsində 3-33/1-010050/2025 nömrəli material üzrə 16 iyul 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində Azərbaycan Respublikasının Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi olmuşdur. Aparılmış inzibati araşdırma ilə müəyyən olunmuşdur ki, 29 yanvar 2025-ci il tarixdə saat 08 radələrində Rusiya Federasiyası istiqamətindən Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “Mercedes-Benz Actross” markalı 99NM385/99ZK247 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat eləsinin kabinəsinin sağyuxarı hissəsində - sərnişin oturacağının üst tərəfində olan əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən (dolabça) aşkar edilmiş 2 ədəd 0,7 litrlik “Absolut” markalı arağı, yataq yerinin arxa hissəsindən aşkar edilmiş 3 ədəd 1,75 litrlik “Beluga” markalı arağı, kabinanın salonunun sol tərəfində, yəni sürücü oturacağının sol-arxa hissəsindən aşkar edilmiş 1 ədəd 0,7 litrlik “Absolut’’ və 2 ədəd 1 litrlik “Rasputin” markalı araqları, yataq yerinin alt hissəsinin sol tərəfində olan boşluqdan aşkar edilmiş 2 ədəd karton qutuda 7 ədəd 0,7 litrlik və 5 ədəd də 1 litrlik “Gallant” markalı araqları, ümumillikdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı və ya məcburi nişanlanması ilə nişanlanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış spirtli içkiləri sonuncu gömrük orqanlarına bəyan etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün ifadəsi ilə yanaşı, ekspert rəyi və toplanmış digər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Şəxs vəsatət verərək spirtli içkilərin müsadirə edilməsini xahiş etmişdir. Sonda Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların, yəni alkoqollu içkilərin müsadirəsi cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə şəhərində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz Actross” markalı, 99NM385/99ZK247 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə xarici ölkələrə, əsasən də Rusiya Federasiyasına və əks istiqamətdə yük daşımaqla məşğul olur. Sonuncu dəfə 11 yanvar 2025-ci il tarixdə Şəmkir rayonundan Rusiya Federasiyasının Moskva şəhərinə “xurma” yükü aparmışdır. Apardığı yükü Moskva şəhərinə çatdırdıqdan sonra Bakı şəhərinə gətirmək üçün “yoqurt” yükü götürüb yola düşmüşdür. Hələ Moskva şəhərində olarkən Natiq adlı dostu ona hədiyyə olaraq 1 ədəd 0,7 litrlik “Hennessy” markalı konyak veribmiş. Bundan sonra oradakı mağazalardan bir qədər də ev üçün ərzaq almış və yük hazır olduqdan sonra götürüb yola düşmüşdür. 28 yanvar 2025-ci il tarixdə Rusiya Federasiyası tərəfdə yerləşən Yaraq- Kazmalyar gömrük postuna çatmışdır. Burada növbə olduğu üçün bir neçə saat növbədə gözləmiş, nəqliyyat vasitəsinin qeydiyyat və yoxlama işləri yekunlaşdıqdan sonra, artıq 29 yanvar 2025-ci il tarixdə təxminən saat 8 radələrində Azərbaycan Respublikası tərəfdə “Samur” gömrük postuna daxil olmuşdur. Burada idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra gömrük əməkdaşı ona yaxınlaşaraq üzərində və nəqliyyat vasitəsində olan mallarla bağlı sorğu-sual aparmış, o da maşında 1 ədəd 0,7 litrlik konyak və bir qədər də qarışıq ərzaq olduğunu demişdir. Bundan sonra həmin gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə yoxlama keçirilmiş və yoxlama zamanı, hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra o, yoxlama xəttindən çıxaraq postun ərazisində maşını saxlamış və sənədlərini götürərək qeydiyyat otağına yaxınlaşmışdır. Növbə çox olduğu üçün burada bir qədər gözləmiş, qeydiyyat işləri bitən zaman, ona bildirilmişdir ki, maşını rentgen yoxlamasına göndəriləcək. O, buna etiraz etməmiş və nəqliyyat vasitəsinin qoşqusuna GPS cihazı vurulduqdan sonra o, postdan çıxaraq təxminən 1 km məsafədə olan rentgen qurğusuna tərəf irəliləmişdir. Postdan çıxdıqdan təxminən 700- 800 metr məsafədə olan dairənin yanında bir adam durduğunu və maşını saxlamağı üçün ona əl etdiyini görmüşdür. O, maşını saxlamış, həmin adam ondan Bakıya gedib-getmədiyini soruşmuşdur. O da Bakı şəhərinə getdiyini demiş və həmin şəxs bir qədər araq olduğunu və həmin araqları Bakı şəhərinə aparmağı ondan xahiş etmişdir. Üstəlik bildirmişdir ki, Bakı şəhərinə çatan zaman araqları ondan götürən şəxs ona hörmət edəcək, yəni pul verəcək. Ancaq hər hansı bir məbləğ barədə razılaşmaları olmamışdır. Çünki fikirləşmişdir ki, onsuzda bu yolu gedəcək, nə qədər pul verilsə əlavə gəliri olar. Həmin şəxs 2 ədəd karton qutuda və 1 ədəd sellofan paketdə olan araqları vermişdir. O, həmin şəxsdən araqları götürüb hamısı bir yerdə olub, bir-birinə dəyib qırılmasın deyə kabinənin müxtəlif yerlərinə yığmışdır. Həmin şəxs ondan Bakı şəhərinə nə vaxt çatacağını soruşmuş, o da bildirmişdir ki, təxminən 4-5 saata çatar. Həmin şəxs onun mobil telefon nömrəsini götürərək araqları götürəcək şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin vaxt yadından çıxdığı üçün o, həmin şəxsin eləcə də araqları ondan götürməli olan şəxsin mobil telefon nömrəsini götürməmişdir. Bundan sonra o, Samur terminalına çatmış və növbəsi çatdıqdan sonra stasionar rentgen aparatının konteynrinə daxil olmuşdur. Burada gömrük əməkdaşı ondan pasportunu istəmiş, yükün nə olduğunu soruşmuşdur. O öz pasportunu və yükü sənədlərini gömrük əməkdaşına təqdim etmiş, nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra gömrük əməkdaşı ona yaxınlaşaraq, şübhəli məqamlar müşahidə etdiyini və bu səbəbdən də nəqliyyat vasitəsinə Samur gömrük postunda təkrar yoxlama keçiriləcəyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşlarının müşayiəti ilə o, nəqliyyat vasitəsi ilə birlikdə Samur gömrük postuna getmişdir. Posta gələn zaman həmin şəxs hələ də yol kənarında idi və onun, gömrük əməkdaşlarının müşayiəti ilə posta getdiyini görmüşdür. Həmin vaxt istəmişdir ki, maşını saxlayıb həmin şəxsin adını və mobil telefon nömrəsini soruşsun, lakin artıq hərəkətdə olduğu üçün həmçinin, önündə və arxasında gömrük xidmətinin nəqliyyat vasitələri olduğu üçün saxlaya bilməmişdir. Samur gömrük postuna daxil olduqdan sonra nəqliyyat vasitəsinə yoxlama keçirilmiş və həmin şəxsin ona verdiyi araqlar aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı tərəfindən həmin araqlara ətraflı baxış keçirilmiş və “Absolut’’, “Beluga”, “Rasputin” və “Gallant” markalı olmaqla 20 ədəd araq olduğu məlum olmuşdur. Bundan sonra gömrük əməkdaşı tərəfindən protokol tərtib edilərək qeyd etdiyi araqla və bunlarla yanaşı özünə məxsus olan və 1-ci yoxlama zamanı bəyan etdiyi 1 ədəd 0,7 litrlik “Hennessy” markalı konyak da götürülmüşdür. O da həmin protokolun müvafiq yerlərində imzalar etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsindən aşkar edilmiş konyak ona məxsusdur, lakin araqlar onun deyil. Gömrük yoxlaması başlanmazdan əvvəl bəyan etdiyi 0,7 litrlik “Henessy” markalı konyakla bağlı gömrük bəyannaməsi təqdim etməmiş, şifahi formada bəyan etmişdir. Qeyd edilən araqları ona verən şəxsi tanımır və onun barəsində hər hansı bir məlumatı yoxdur. Həmçinin araqları ondan Bakı şəhərində götürməli olan şəxs barəsində də hər hansı bir məlumatı yoxdur. Araqları ona verən şəxs 2 ədəd karton qutuda və 1 ədəd sellofan paketdə verib. Həmin araqları müəyyən saylarda kabinənin müxtəlif yerlərində yerləşdirməsinin səbəbi isə maşın hərəkətdə olarkən həmin araqların bir-birinə dəyib qırılmasının qarşısını almaq olmuşdur. Nəqliyyat vasitəsində olan araqlar aşkar edildikdən sonra onunla araqları götürməklə bağlı onunla heç kim əlaqə saxlamayıb. Çünki o stasionar rentgendən gömrük əməkdaşlarının müşayiəti ilə Samur postuna gedərkən araqları ona verən şəxs hələdə yolun kənarında olmuş və onun müşayiət altında yenidən postda qayıtdığını görmüşdür. O, Gömrük Komitəsinə vəsatət təqdim edərək spirtli içkilərin müsadirə edilməsini xahiş etmişdir. İş materiallarında olan: -“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, 3-33/1-010050/2025 nömrəli material üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-in 206.1-ci və 213-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi Əməliyat-İstintaq Baş İdarəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 08:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi MERCEDES BENZ ACTROSS” markalı, 99NM385/99ZK247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş x-ray yoxlaması zamanı şübhəli cizgilər aşkarlanmışdır. Bundan sonra yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinəsinin yuxarı tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 2 ədəd “ABSOLUT 0.7L” markalı araq və 1 ədəd “HENNESSY 0.7L” markalı konyak, kabinənin yataq yerinin arxa hissəsindən gömrük orqanına bəyan olunmayan 3 ədəd "BELUGA 1.75L” markalı araq, kabinənin sürücüyə aid oturacağının arxa sol hissəsindən 1 ədəd “ABSOLUT 0.7L” markalı araq və 2 ədəd ‘RASPUTİN 1L” markalı araq, yataq yerinin altında sol tərəfdə yerləşən yeşikdən 2 karton qutuda 7 ədəd “GALLANT 0.7L” markalı araq və 5 ədəd “GALLANT 1 L” markalı araq aşkar olunaraq protokol əsasında götürülmüşdür. Odur ki, Şəxs 1439,45 manat dəyərində məcburi nişanlama ilə nişanlamalı olan malları nişanlanmadan Azərbaycan Respublikası ərazisinə idxal etdiyi üçün əməlində Cinayət Məcəlləsinin 213-1.1.-ci maddəsinin tərkibi yaranmış və bu səbəbdən 3-33- 1700/019/000419 saylı iş üzrə toplanmış materiallar müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. -29 yanvar 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 08:10 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES BENZ ACTROSS” markalı, 99NM385/99ZK247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş x-ray yoxlaması zamanı şübhəli cizgilər aşkarlanmışdır. Bundan sonra yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinəsinin yuxarı tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 2 ədəd “ABSOLUT 0.7L” markalı araq və 1 ədəd "HENNESSY 0.7L markalı konyak, kabinanın yataq yerinin arxa hissəsindən gömrük orqanına bəyan olunmayan 3 ədəd 'BELUGA 1.75L” markalı araq, kabinanın sürücüyə aid oturacağının arxa sol hissəsindən 1 ədəd “ABSOLUT 0.7L” markalı araq və 2 ədəd “RASPUTİN 1 L” markalı araq, yataq yerinin altında sol tərəfdə yerləşən yeşikdən 2 karton qutuda 7 ədəd “GALLANT 0.7L” markalı araq və 5 ədəd “GALLANT 1L” markalı araq aşkar olunaraq protokol əsasında götürülmüşdür.Bu göstərilənlərə əsasən müvafiq qaydada araşdırma aparılması üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. -“Malların və nəqliyyat vasitələrinin yoxlanması haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 08:10 radələrində Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “MERCEDES BENZ ACTROSS" markalı, 90N1M385/992K247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş xray yoxlaması zamanı şübhəli cizgilər aşkarlanmışdır. Bundan sonra yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmiş, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasının yuxarı tərəfində əşyalar qoymaq üçün nəzərdə tutulan yerdən gömrük orqanına bəyan olunmayan 2 ədəd “ABSOLUT 0/7.” markalı araq və 1 ədəd “HENNESSY 0.7.” markalı konyak, kabinanın yataq yerinin arxa hissəsindən gömrük orqanına bəyan olunmayan 3 ədəd “BELUĞA 1.75L” markalı araq, kabinanın sürücüyə aid oturacağının arxa sol hissəsindən 1 ədəd “ABSOLUT 0.7L” markalı araq və 2 ədəd “RASPUTİN 1L” markalı araq, yataq yerinin altında sol tərəfdə yerləşən yeşikdən 2 karton qutuda 7 ədəd "GALLANT 0.7L” markalı araq və 5 ədəd “GALLANT 1L” markalı araq aşkar olunaraq protokol əsasında götürülmüşdür. -05 mart 2025-ci il tarixli 6/527-9/971 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 1000 və 700 ml həcmli “Gallant vodka”, “Rasputin vodka”, “Absolut Vodka” və “Beluga noble vodka” markalı alkoqollu içkilər araq məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə, doldurulma tamlığına görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. -“Hennessy cognac” markalı alkoqollu içki konyak məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə, doldurulma tamlığına görə qablaşdırmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur. Ekspertiza tədqiqatına edilmiş aksiz markası olmayan 3 adda alkoqollu içkilər xx.xx.2025-ci il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 901.45 manat müəyyən edilir. Digər aksız markası olmayan 3 adda alkoqollu içkilərin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Qeyd edilir ki hər hansı bir əşyanın, malın miqdarindan aslı olaraq qiymətlərdə dəyişiklik olması istisna olunmur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2025-ci il tarixli, 6/527-9/971 nömrəli ekspert rəyinə və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 13 mart 2025-ci il tarixli, 003/25-X nömrəli ekspert rəyinə əsasən qeyd edilən alkoqollu içkilər araq məhsullarına aid olub, yoxlanılan orqanoleptik və fiziki-kimyəvi əlamətlərinə, doldurulma tamlığına görə qablaşmaları üzərindəki etiket göstəricilərinə və müvafiq standartın tələblərinə uyğundur, xx.xx.2025-ci il tarixə orta bazar qiyməti təxminən 1439,45 manat müəyyən edilmişdir. -14 mart 2025-ci il tarixli, 43 S/2025 saylı aktdan görünür ki, aşkar edilmiş, ekspertiza tədqiqatı aparıldıqdan sonra qalıq qalmış 2 ədəd 0,7 litrlik “Absolut” markalı, 1 ədəd 1,75 litrlik “Beluga” markalı, 1 ədəd 1 litrlik “Rasputin” markalı, 6 ədəd 0,7 litrlik və 4 ədəd də 1 litrlik “Gallant” markalı araqlar Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə saxlanca təhvil verilmişdir. -16 aprel 2025-ci il tarixli raportdan görünür ki, Baş İdarənin İstintaq idarəsindən daxil olmuş raporta Hədəf və koordinasiya mərkəzi tərəfindən baxılmışdır. Sorğuda qeyd edilən 99NM385/99ZK247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin 29 yanvar 2025-ci il tarixində VAİS-də “Gömrük müşayiəti” alt bölməsində GPS məlumatları olmadığı üçün 99NM385/99ZK247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış GPS qurğusunun nömrəsi ilə bağlı Xaçmaz Gömrük idarəsinə xx.xx.2025-ci il tarixli 3-33/2- 005544/2025 nömrəli məktubla müraciət edilmişdir. Xaçmaz Gömrük İdarəsinin xx.xx.2025ci il tarixli 3-33/1-013612/2025 nömrəli cavab məktubunda 99NM385/99ZK247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərinə 29 yanvar 2025-ci il tarixində 014090 nömrəli GPS qurğusunun quraşdırıldığı qeyd edilmişdir. 99NM385/99ZK247 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin üzərinə qurlaşdırılmış 014090 nömrəli GPS qurğusunun “Samur” gömrük postundan çıxaraq stasionar rentgenə qədər olan hərəkət trayektoriyası barədə “Mal və nəqliyyat vasitələrinə elektron nəzarət sistemin”-də qeydə alınmış məlumatlar təqdim edilir. - “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və icraata götürməklə inzibati araşdırma aparılması haqqında” 30 iyul 2025-ci il tarixli qərardaddan görünür ki, xx.xx.1973cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan Şəxs (Şəxsiyyət vəsiqəsi: AA 5706226, FİN: 4SNGMTT) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və həmin işin icraata götürülərək inzibati araşdırma aparılması qərara alınmışdır. - “İcraatın başa çatdırılması haqqında” raportdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinə təhkim olunmuş Astara Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində 10000-00085/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraatı 30 iyul 2025-ci il tarixdə başa çatdırmış. İşin icraatı zamanı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq 10000-00085/25 nömrəli inzibati xəta haqqında işin baxılmağa verilməsini mümkün hesab edilmişdir. -Şəxs 30 iyul 2025-ci il tarixli vəsatətində bildirir ki, Baş İdarənin Təhqiqat şöbəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən icraat aparılır. Maddi vəziyyəti ağır olduğundan idarə etdiyi “Mercedes-Benz Actross” markalı 99NM385/99ZK247 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş araqların, ümumillikdə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı və ya məcburi nişanlanması ilə nişanlanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış spirtli içkilərin müsadirə edilməsi məqsədilə qeydiyyatda olduğu və faktiki yaşayış ünvanını nəzərə alaraq (ünvan 4 olunmuş protokolun baxılması üçün Gəncə Şəhər Məhkəməsinə aidiyyəti üzrə göndərilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan mallar yəni 21 ədəd “Henessy cognac”, “Absolut vodka’’, “Beluga noble vodka”, “Rasputin vodka” və “Gallant vodka” markalı alkoqollu içkilərin müsadirəsi cəzası tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Ona görə də hazırkı iş üzrə ekspertiza xərci dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ona inzibati xətanın bilavasitə obyekti olan 21 ədəd “Henessy cognac”, “Absolut vodka’’, “Beluga noble vodka”, “Rasputin vodka” və “Gallant vodka” markalı alkoqollu içkilərin müsadirəsi inzibati tənbeh cəzası tətbiq edilsin. Ekspertiza xərci dövlət hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar