Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2936/2023 04.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X11 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X17 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin İnzibati tənbeh vermə haqqında MN № ******* saylı, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. O, ona görə cərimə edilmişdir ki, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozaraq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, bu qərarla razı deyil, hesab edir ki, X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi belə qərar çıxarmaqda haqlı olmamışdır. Belə ki, o, 25 iyul 2022-ci il tarixdən "xxxx" MMC-nin Gəncə şəhəri, Z.Əliyeva küçəsi 88-A da yerləşən “Ukrayna malları” mağazasına əmək müqaviləsi ilə administrator vəzifəsində işləyir. “Ukrayna malları” mağazasına satıcı-kassir vəzifəsinə işçi lazım olduğu üçün o, X5 işə götürmüş və onun sənədlərini əmək müqaviləsinin bağlanmasından ötrü Bakı şəhərinə "xxxx" MMC-yə göndərmiş və MMC ona X3 işə çıxmasına icazə verdikdən sonra o, X5 işlətməyə başlamışdır. X2 ilə MMC arasında əmək müqaviləsi bağlanılıbbağlanmaması barədə onun məlumatı olmamışdır. O, X5 işlədərkən elə bilmişdir ki, onun MMC ilə əmək müqaviləsi olmuşdur, əgər o, bilsəydi ki, əmək müqaviləsi yoxdur, o, heç Əmrah Hüseynquliyevi işlətməzdi. O, "xxxx" MMC-nin direktor müavini Zahit Karayola bu barədə məlumat vermiş və X5 mağazada işlətməsinin MMC-nin məlumatı və razılığı əsasında olmuşdur. Bunu Gəncə şəhər Prokurorluğunda izahatı alınmış MMC-nin direktor müavini X9 öz izahatında təsdiq etmişdir. 14 sentyabr 2023-cü il tarixdə X3 600 manat məbləğində əmək haqqı Zahit Karayol tərəfindən tam ödənilmişdir. Onun əmək müqaviləsi bağlamağa səlahiyyəti olmadığına görə hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə heç bir günahı yoxdur. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* saylı, 24 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X17 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi, baş məsləhətçi X10 bildirmişdir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə olunması barədə xx.xx.2023cü il tarixli, MN ******* nömrəli qərarı prokurorluğun 09 oktyabr 2023-cü il tarixli qərarı əsasında qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanuni olaraq qəbul edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti, proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin nəzərdə tutulmuş tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X7, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və o, 3500 (üç min beş yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, vəzifəli şəxs "xxxx" MMC-nin Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 88 a-da yerləşən “Ukrayna malları” mağazasının administratoru – vəzifəli şəxs X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan X8 tərəfindən "xxxx"-nin rəhbəri X6 ünvanlanmış xx.xx.2023cü il tarixli ərizənin surətindən görünür ki, X1 vəzifəsində işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan X8 tərəfindən "xxxx"-nin rəhbəri X6 ünvanlanmış xx.xx.2023cü il tarixli ərizənin surətindən görünür ki, X8 tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 2122/2023 saylı qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-ninn 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-2122/2023 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qərardan şikayət vermiş şəxs X17 “Ukrayna malları” mağazasında administrator vəzifəsində işləmiş və inzibati tənbeh vermə haqqında qərarda göstərildiyi kimi şəxsin işçilər arasında əmək müqaviləsi bağlamaq, onları işə götürmək və işdən azad etmək kimi səlahiyyətləri olmamışdır. İş materiallarında olan ərizələrdən də aydın şəkildə görünür ki, işçilərin işə qəbul edilməsi, işdən azad edilməsi və onlar arasında əmək müqaviləsi bağlamaq hüququ "xxxx"-nin rəhbərinin səlahiyyətindədir. Həmçinin iş materiallarından aydın şəkildə görünür ki, işə götürülən şəxslərin işə cəlb edilməsi də "xxxx"-nin vəzifəli şəxslərinin icazəsi ilə onların göstərişi əsasında həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən inzibati xətanın kim tərəfindən, hansı vəzifəli şəxs tərəfindən törədilməsi dəqiq müəyyənləşdirilməmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman X11 həmin səlahiyyətləri yerinə yetirmək hüququna malik olan vəzifəli şəxs olub-olmaması araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqan tərəfindən araşdırılmamış və şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə və qeyd edilən səbəblərə görə verilmiş şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə X17 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2936/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2936/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver