Məhkəmə qərarları › İş №3(125)-2937/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2937/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2937/2023 28.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy rayon Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə, X4 Goranboy rayon X9 X10 14 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon X9 X10 14 oktyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X2 rayon X9 X10 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilmişdir. X7 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, qərara əsasən nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxması olmuşdur. O isə hesab edir ki, qeyd edilən inzibati xətanı törətməmişdir. Həmin vaxt o, sola dönmə əməliyyatı etmişdir. DYP bölməsinin əməkdaşı tərəfindən yazılmış protokol və qərarla bağlı X7 AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbehin verilməsinin əsassız olmasını bildirməyinə baxmayaraq heç bir məhəl qoymamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 bildirdi ki, 30 sentyabr 2023-cü il tarixdə Goranboy rayonu, Borsunlu kəndi ərazisində yoldan kəndin içinə, sola doğru, qırıq xətt hissədən dönmək istəmiş, bu zaman qarşıdan gələn yol patrul avtomobili ona saxla əmri vermişdir. Ona saxla əmri vermiş inspektor ona üfüqi nişanlanma xəttinin tələbini pozmasını bildirmişdir. O yol patrul əməkdaşına xəttin qırıq olmasını, dönməyə icrazə verildiyini bildirsə də, əməkdaş məhəl qoymayaraq barəsində protokol tərtib etmişdir. Şikayətin təmin edilməsini, inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy rayon Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X6 bildirdi ki, şikayət vermiş şəxsi tanımır, onunla heç bir qərəzi yoxdur. 30 sentyabr 2023-cü il tarixdə xidmətdə olan zaman Borsunlu kəndi ərazisində qarşıdan gələn avtomobilin üfüqi nişanlanma xəttini kəsərək sola dönmə əməliyyatı etməsini görmüşdür. Avtomobilə saxla əmri verərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vətəndaş təkidlə onun dönmə hüqunun olmasını bildirsə də, bu əsassız olmuş, ona şikayət vermək hüququ izah edilmişdir. Sonradan vətəndaş dəfələrlə X13 gəlmiş, şifahi və yazılı şikayət təqdim etmişdir. Onun şikayəti araşdırılaraq əsassız hesab edilmiş, vətəndaşa bu barədə izah verilmişdir. İnzibati xəta hadisəsi 30 sentyabr 2023-cü il tarixdə baş verdiyindən, hadisədən 3 aya yaxın vaxt keçdiyindən hadisənin videoyazısı bortkompyuterin yaddaşında saxlanılmamışdır. Şikayətin rədd edilməsini, mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X4 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X4 təqsiri təsdiq olunur. Beləliklə, X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X4 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar