Məhkəmə qərarları › İş №3(125)-2939/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2939/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2939/2025 25.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 266.2-ci mаddəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən dаxil оlmuş inzibаti xətа hаqqındа protokol üzrə mаteriаlа bаxаrаq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (bundan sonra Gəncə şəhər MKTİB) barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 266.2 mаddəsi ilə inzibаti xətа hаqqındа protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin materiallardan görünür ki, Gəncə şəhər MKTİB tərəfindən məişət tullantları poliqonundan istifadə və norma qaydalarına əməl etmədiyinə görə bаrəsində Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən 01 avqust 2025-ci il tarixli MN 214622 nömrəli inzibati xətа hаqqındа protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 izahatında bildirdi ki, qeyd edilən ərazidə yaşayan sakinlər tullantıların yandırılması və bunun nəticəsində ərtaf mühitə pis qoxunun yayılması ilə bağlı dəfələrlə onlara müraciət etmiş, eləcə də bir neçə yuxarı aidiyyəti orqanlara şikayət etmişlər. Şikayət əsasında tullantıllar olan əraziyə baxış keçirilmiş və həiqətən də ərazidə yanğın baş verdiyinin şahidi olmuşlar. Bu səbəbdən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Gəncə şəhəri MKTİB-nin nümayəndəsi X8 etirazını məhkəməyə təqdim edərək bildirdi ki, İdarənin göstərdiyi məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun (bundan sonra “poliqon”) ərazisində baş vermiş yanğın Birliyin nöqsanı səbəbindən deyil, əraziyə qanunsuz olaraq daxil olmuş bir qrup naməlum şəxslər tərəfindən törədilmişdir. Yanğını törədən həmin naməlum şəxslər Birliyin poliqonunu mühafizə edən mühafizəçiləri ilə rastlaşdıqda mühafizəçilərə qarşı zor tətbiq edərək onları döyüb ərazidən uzaqlaşıblar. Poliqonda naməlum şəxslər tərəfindən törədilən yanğınla əlaqədar məlumat daxil olan kimi Birliyin canlı qüvvə və texnikası səfər edilərək yanğın müvafiq tədbirlər görülməsi nəticəsində söndürülmüşdür. İdarə iddia edir ki, yanğın Birlik tərəfindən törədilib. Yanğın onlar tərəfindən deyil, naməlum şəxslər tərəfindən törədilib. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 izahatında bildirdi ki, o, Gəncə şəhəri, Yeni Kəlbəcər qəsəbəsində yaşayır. Onun yaşadığı ərazi poliqona yaxın yerdədir və yanğın zamanı tüstü qoxusu ciddi şəkildə sakinlərə narahatlıq yaradır. O və digər sakinlər bu barədə bir çox yerlərə müraciət etmişlər. Lakin, poliqonda yanğının kimin tərəfindən törədilməsindən xəbərsizdilər. X7 şahid E.N.Həsənov ilə eyni məzmunlu izahat verərək İ.Ə.Zamanovun dediklərini təsdiq etmişdir. Materiala əlavə edilmiş: 01 avqust 2025-ci il tarixli. 90535 nömrəli aktdan görünür ki, Gəncə şəhəri MKTİB tərəfindən məişət tullantları poliqonundan istifadə və norma qaydalarına əməl etmədiyinə görə inzibati xəta törətmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü X15 şəhəri MKTİB-nin rəisi Nurəhməd Əhmədova ünvanlanmış 15 avqust 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti MKTİB- nin əməkdaşı X3 və mühafizəçi X6 döymələri faktı ilə bağlı Gəncə şəhər 4-cü PB-də HK-1/627 nömrəli məlumat daxil olmuşdur. Fərdi Gəncizadənin və Fərid Muradovum ərizə və izahatları alınmış, məhkəmətibbi ekspertizasından keçirilmişlər. Hadisəni törədən naməlum şəxs barəsində əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət cavab əldə olunmamışdır. Hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Gəncə şəhəri MKTİB-nin barəsində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında protokolda Gəncə şəhəri MKTİB tərəfindən məişət tullantları poliqonundan istifadə və norma qaydalarına əməl edilmədiyi qeyd edilmişdir. Lakin, inzibati xəta haqqında protokolda maddənin dispozisyasında göstərilən məhz hansı əməlin törədilməsi və hansı qaydanın pozulması qeyd edilməmişdir. “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsin əsasən: Məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsidir. Tullantıların istifadəsi - tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması nəzərdə tutulur. Məhkəmə araşdırmasından belə nəticəyə gəlmək olar ki, protokolun tərtib edilməsinə səbəb həmin zibil poliqonun yandırılması və ətraf mühitə bununla bağlı pis qoxunun yayılması olmuşdur. Lakin, həmin hal Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanın tərkib əlamətlərini yaratmır. Bununla bağlı Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində qeyd edilir ki, Tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi İXM-in 271-ci maddəsində nəzərədə tutulan normanın tərkib əlamətləridir. Lakin, hazırda protokol Azərbaycan Respublikası İXM-in 266.2-ci maddəsinə əsasən tərtib olunmuşdur ki, hazırki, əməldə qeyd edilən maddənin tərkib əlamətləri yoxdur. Eyni zamanda məişət poliqonunda baş vermiş yanğının məhz Gəncə şəhəri MKTİB tərəfindən törədilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi baş vermiş yanğının Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən törədildiyini israr etsə də bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-cı maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir. Ona görə də, məhkəmə hesab edir ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İXM-in 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmədiyindən, beləliklə də onun əməlində inzibati xətanın оlmаdığındаn həmin mаddə ilə bаşlаnmış inzibati xətа hаqqındа işin icrааtınа xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-115 maddələrinin tələblərini rəhbər tutaraq, qərara аldı: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar