Məhkəmə qərarları › İş №3(125)-294/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-294/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-294/2025 03.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan "Nar Trading” MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********5466 saylı gömrük bəyannaməsi üzrə Kanadaya göndərilmiş “nar şirəsi” yükünün müqabilində ödənilməli olan 1314 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan "Nar Traiding” MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 3-33-1600/2001462/2024 qeydiyyat nömrəli xəbərdarlıq və 3-33-1600/2- 001541/2024 qeydiyyat nömrəli bildiriş göndərilməsinə baxmayaraq bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb-köçürülməməsi barədə Gəncə Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024cü il tarixdə, 00900-00600/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar qeyd olunan gömrük bəyannaməsi üzrə ödənilməli olan 1314 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə hüquqi şəxs Ucar rayonu, Yuxari Şilyan kəndində qeydiyyatda olan "Nar Traiding” MMC-yə nümayəndəsinin izahat verməsi üçün xx.xx.2024-cü il tarixli 3-33-1600/2-001620/2024 saylı məktubla müraciət olunmuşdur. Lakin bu günə kimi MMC-nin nümayəndəsi Gəncə Gömrük İdarəsinə gəlməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirməmişdir. Beləliklə Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan "Nar Tratding” MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********5466 saylı gömrük bəyannaməsi üzrə ixrac olunan yüklərin müqabilində ödənilməli olan 13414 ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. Şəxs MMC tərəfindən həmin tarixdə ixrac edilmiş yükə dar təsdiq olumuş gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının hərmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 2233.80 (iki min iki yüz otuz üç manat səksən qəpik) manat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X3 protokolda göstərilənləri təsdiq edərək hüquqi şəxs tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin iş materialları ilə tam şəkildə sübuta yetirildiyini bildirdi və Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Gömrük xidmətinin “X1 Sistem” xidmətindən əldə olunmuş məlumatlar əsasında Şəxs tərəfindən X4 01(bir) bəyannamə üzrə ixrac edilən yükün dəyəri 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına 1314.00 $ (bir min üç yüz on dörd dollar) olan vəsait köçürülməmişdir. Bununla əlaqədar Şəxs-nin bəyannamələr üzrə göstərilmiş hüquqi ünvanına 3-33-1600/2-001462/2024 saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq, 3-331600/2- 001541/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Şəxs ixrac etdiyi yüklərin ödənişləri ilə bağlı X5 indiyə qədər heç bir sənəd təqdim edilməmişdir. -xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin surətindən məlum olur ki, Şəxs MMC tərəfindən Kanadaya çəkisi 24181.00 kq dəyəri 25400.00 ABŞ dolları olan “nar şirəsi” göndərilmişdir. - xx.xx.2024-cü il tarixli xəbərdarlığın sürətindən görünür ki, Şəxs MMC-yə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-yə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsi barədə bildiriş göndərilmişdir. - xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardan görünür ki, Nar Traiding” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və araşdırma aparılması qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-in səlahiyyətli nümayəndəsinin xx.xx.2024-cü il tarixdə Gəncə Gömrük İdarəsinə gəlməsi tələb olunmuşdur. -“İcraatın başa çatdırılması haqqında” xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC barəsində 00900-00600/24 saylı inzibati xəta haqqında işin baxılmağa verilməsi mümkün hesab edilmişdir. -“İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 00900/00026 nömrəli qərardaddan görünür ki, "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və digər materialların aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə iş materiallarından görünür ki, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********5466 saylı gömrük bəyannaməsi üzrə Kanadaya göndərilmiş “nar şirəsi” yükünün müqabilində ödənilməli olan 1314 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İXM-in 483-cü maddəsinin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin ixrac etdiyi malın dəyərinin 1314 (min üç yüz on dörd dollar ) ABŞ dolları, yəni 2233.80 (iki min iki yüz otuz üç manat səksən qəpik) manat hissəsinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülmədiyi, bununla da Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyutanın dəyəri olan 2233,80 (iki min iki yüz otuz üç manat səksən qəpik) manatın otuz faizi məbləğində - yəni 670,14 (altı yüz yetmiş manat on dörd qəpik) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar