Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2941/2023 03.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Qurbanova Zöhrə Lutvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Basarkeçərdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Adil İsgəndərov küçəsi, ev 89-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1487/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2011-ci il tarixdən hesablanmaqla hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Həmçinin, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-6133/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1487/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, borclu Şəxs, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Bundan başqa, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2040/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, borclu Şəxs, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün rəsmi bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq məktubları təqdim edilsə də borclu aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əlavə əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə icra məmurları tərəfindən zəruri icra tədbirləri görülmüş, lakin borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Bununla da borclu Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, borclu üç icra sənədi üzrə aliment borcunu ödəməkdən üzürsüz səbəbdən yayınır. Borclunun bügünədək ödənilməyən aliment borcu ümumilikdə 10605 manat təşkil edir. 15 sentyabr 2020-ci il tarixdə aliment borclarını ödəmədiyinə görə borclu 15 gün inzibati qaydada həbs edilmişdir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, hazırda maddi vəziyyəti ilə əlaqədar yığılmış borcunu birdəfəyə ödəyə bilmir, ancaq hər ay 160 manat alimentini davamlı olaraq ödəyir. Həbsdən çıxdığı vaxtdan sonra borcundan 1000 manat ödəniş etmişdir. Həmçinin, himayəsində hazırda başqa uşaqları da var. 2-3 günə borcundan 1000 manat da ödəyəcəkdir. Bu halları nəzərə alıb barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1487/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2011-ci il tarixdən hesablanmaqla hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Həmçinin, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-6133/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1487/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, borclu Şəxs, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Həmçinin, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2040/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, borclu Şəxs, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş, müvafiq “icraata başlamaq haqqında” xx.xx.2011-ci il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli qərarlardan, tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, yuxarıda qeyd edilən hər üç icra sənədi üzrə icraat başlanmış, hər bir icra sənədi üzrə icra sənədini könüllü icra etməsi üçün bildirişləri borclu Şəxs almışdır. İş materilarına əlavə edilmiş, xəbərdarlıqlardan görünür ki, borclu Şəxs hər üç icra sənədi üzrə ayrı-ayrı vaxtlarda xəbərdarlıq məktubları göndərilərək inzibati məsuliyyətə cəlb olunması ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli izahatdan, xx.xx.2020-ci il tarixli izahatdan və xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, borclu icra məmuruna verdiyi izahatında müvəqqəti işləmədiyindən borcunu ödəmədiyini bildirmişdir. İş materilaına əlavə edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)- 581/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs eyni icra sənədləri üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcun könüllü ödənilməsi ilə bağlı bildirişləri aldıqdan hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, hər üç icra sənədi üzrə qismən ödənişlər edilsə də ümumilikdə tələbkara 10605 manat ödənilməyən aliment borcu qalmışdır. Borclunun sonuncu dəfə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-581/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə 15 gün həbs olunduqdan sonra qismən ödəniş etməyə başlaması, onun icra sənədini icra etmə imkanı olmasını, lakin icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs qismən ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-2941/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2941/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver