Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2946/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2025-ci il tarixli EQ 29354405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə 19 iyul 2025-ci il tarixli EQ 29354405 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində tərtib edilmiş qərarı əsassız və qanunsuz hesab edir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində mülkiyyətində olan “Opel Astra” minik avtomobili ilə Gəncə şəhəri, Müseyib Bağırov küçəsindən Fərhad Əliyev küçəsinə çıxarkən qoşa xəttin tərəfindən kəsilməsi göstərilmişdir. Gəncə şəhəri, Müseyib Bağırov küçəsi ilə F.Əliyev küçəsinə çıxarkən küçənin kəsişdiyi yerin yaxınlığında xəbəredici işarənin olmalı olduğu halda olmamışdır. Yəni hərəkət yalnız sağadır işarəsi yoxdur, sürücü bu halda qoşa xəttə tam yaxınlaşanda görə bilər ki, yolda qoşa xətt var, yəni sola döngə yoxdur, hətta qoşa xətt belə həmin nahiyədə görsənmir ki, qoşa xətt və ya qırıq xətt var ya yox, çünki yeni çəkilmiş rəngləmə tamam pozulmuş haldadır. Belə vəziyyətdə bütün sürücülər bu cür səhvlər edir, bu da sanki bir tələdir, belə ki, yol hərəkət polis əməkdaşları məhz həmin ərazidə durub kiminsə tələyə düşməsini gözləyir. Əvvəla yol hərəkət qaydaların pozulmaması üçün qaydalara uyğun tədbir görülməlidir. Bu halda qeyd etdiyi qayda görülməmişdir. Məhz bu baxımdan qərarı əsassız və qanunsuz hesab edərək, bildirir ki, qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X8 məhkəməyə verdiyi ifadəsində şikayətində göstərilənlə eyni məzmunlu izahat verərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2025-ci il tarixli EQ 29354405 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, X1 şəhəri, F.Əliyev küçəsində “Opel Astra” minik markalı, 20 DY-236 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də onun barəsində 19 iyul 2025-ci il tarixli EQ 29354405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X2 məhkəmə prosesi zamanı izahatında qeyd etmişdir ki, onun qayda pozuntusu törətməsinə səbəb xəttin görünməməsi, yalnız yaxınlaşanda xətti görünməsi, eyni zamanda yol kənarında sola dönməni qadağan edən heç bir işarənin olmamasıdır. Məhkəmə şikayət vərən şəxsin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, 19 iyul 2025-ci il tarixli EQ 29354405 nömrəli inzibati tənbeh vermə haqqında qərardan, inzibati xəta haqqında iş materiallarında olan və eləcə də şikayət verən şəxsin təqdim etdiyi foto-şəkildən aydın şəkildə görünür ki, X5 1.3 üfüqi nişanlanma xəttinin tələblərinə riayət etməyərək sola dönmüşdür. Şikayətçinin xəttin uzaqdan görsənməməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərara əlavə edilmiş foto şəkillərdən, eyni zamanda şikayətçinin özü tərəfindən iş materiallarına əlavə edilmiş foto şəkillərdən aydın olur ki, qeyd edilən nişanlama xətti kifayət qədər aydın görsənir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 3-cü bəndinə əsasən 1.3 Üfiqi nişanlanma xətləri - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə 19 iyul 2025ci il tarixli EQ 29354405 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2025-ci il tarixli EQ 29354405 nömrəli elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2946/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2946/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver