Məhkəmə qərarları › İş №3(125)-2949/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2949/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2949/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22693650 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 22693650 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində “Osmanlı Dönəri” adlı dönərxananın qarşısındakı Atatürk prospekti ilə hərəkətdə olan zaman şəhər nəzarəti kameraları vasitəsi ilə İXM-nin 346.4-cü maddəsinin yəni nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat məbləğində cərimə olunmuşdur. İnzibati xəta haqqında sözügedən qərarı xx.xx.2024-cü il tarixdə DYP-nin Gəncə şəhər şöbəsinə müraciət edərək əldə etmişdir. Ona yazılmış cərimə ilə qəti razı deyil və hesab edir ki, heç bir qayda pozuntusu törətməmişdir. Belə ki, hamıya məlumdur ki, Gəncə şəhərinin sözü gedən ərazisində bir çox ticarət obyekləri və banklar yerləşir və təbii ki, hər zaman həmin ərazidə parklanmada olan avtomobillərlə yanaşı ikinci cərgədə dayanan avtomobillər də olur. Yuxarıda da qeyd etdiyi kimi o, avtomobili ilə xx.xx.2024-cü ildə saat 16:30 radələrində hərəkətdə olan zaman “Osmanlı Dönəri” adlanan ticarət obyektinin bərabərində olmuş və qarşısında olan svetofor qırmızı işıqda olmuşdur, svetoforla onun arasındakı məsafə təxminən 150 metr olarmış və svetoforla onun arasında ağ rəngli avtomobil olmuşdur. O, svetoforun yaşıl yanmasını gözləmiş, lakin həmin o, ağ avtomobil dayanmış şəkildə olduğundan, məcburən onu sağdan ötməli olmuşdur. Təbii ki, onun svetoforun qırmızı işığını gözləməyi, sonradan həmin avtomobilinin dayanmış olduğunu bilməyi və ondan sonra onu sağ tərəfindən keçməməyi bunların hamısı təxminən 5-10 dəqiqə vaxt aparmışdır. Qeyd etdiyi halı DYP-nin özünün kamerasında çıxarış etdiyi foto şəkillərdə də açıq aydın görünür. Belə olan halda hesab edir ki, texnikanının müəyyən hesablaması ucbatından ona səhvən cərimə yazılmışdır. Çünki o özü də uzun illərdir həmin ərazidə işləyir və bilir ki, yolun həmin hissəsində dayanan zaman şəhər kameraları vasitəsi ilə cərimə yazılır. Odur ki, o, heç vaxt bilə-bilə qeyd olunan inzibati xətanı törətməz. DYP-nin qərarında təqdim olunan 3 ədəd foto şəkildən də görünür ki, qarşısında qırmızı işıq var və sağ yoldan gələn avtomobillər hərəkətdədir. Eyni zamanda, digər foto şəkildən də görünür ki, qarşısındakı ağ avtomobil dayanıb və onun sağ qapısı tərəfədə iki nəfər şəxs maşına nəsə verir. Odur ki, o, heç bir inzibati xəta törətməmişdir və hesab edir ki, barəsində olan inzibati işə xitam verilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, EQ 22693650 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz olduğundan onun ləğv olunmasını xahiş etmişdir. O, sonra məhkəməyə ərizə təqdim edərək, şikayətinə heç bir əlavəsinin olmadığını qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, material üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22693650 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Kənan Hüseynov şikayətdə göstərmişdir ki, barəsində tərtib edilmiş elektron qərarda qeyd edilən inzibati xətanı törətməmişdir, çünki həmin vaxt o hərəkətdə olmuş, heç bir dayanma və durma etməmişdir. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, X4 elektron qərarda qeyd edilən inzibati xətanı törətmədiyini qeyd edərək, həmin vaxt svetoforun qırmızı işığı yandığı üçün dayandığını, həmçinin qarşıda olan başqa bir avtomobilin hərəkəti məhdudlaşdırdığından hərəkət edə bilmədiyi üçün dayandığını bildirmişdir. Lakin, iş materiallarında olan üç ədəd foto şəkildən görünür ki, “Opel Astra” minik markalı, **-EN-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edən şəxs – X1 şəhəri Atatürk prospektində yolun hərəkət hissəsinin kənarında avtomobili dayandırmış, onun dayandığı yer isə həm svetofordan, həm də qeyd etdiyi ağ rəngli avtomobildən uzaq məsafədədir. Yəni, onun idarə etdiyi avtomobili dayandırma səbəbi nə sevtoforun qırmızı işığının yanması, nə də başqa bir avtomobilin hərəkəti məhdudlaşdırmasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin dəlilləri qərarın ləğv edilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22693650 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22693650 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar