Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2954/2023 04.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Probasiya Şöbəsindən daxil olmuş materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Probasiya Şöbəsində tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş inzibati xəta haqqında material natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Hazırkı iş üzrə barəsində inzibati inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Onun təqsirləndirildiyi İXM-in 529.4-cü maddəsinin sanksiyasında isə inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin özü təqdim edilmədiyi halda inzibati xəta haqqında işə daxil olduğu gün mahiyyəti üzrə baxılması mümkün deyildir. Odur ki, çatışmazlığın aradan qaldırılması üçün inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə Şəhər Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-2954/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2954/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver