Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2955/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, o, əsassız və obyektiv araşdırılmamış fakta əsaslanmış mübahisəli qərar ilə 2.200 (iki min iki yüz) manat cərimələnmişdir. Hesab edir ki, aşağıda qeyd etdiyi faktlara və sübütlara görə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 26 iyul 2024-cü il tarixli qərarı məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, 26 iyun 2024-cü il tarixdə Gəncə şəhərində güclü külək əsərək ona məxsus Gəncə şəhəri, N. Nərimanov prospekti 4-cü döngə 2C ünvanda yerləşən qeyri-yaşayış binasının ətrafında yerləşən bir ədəd ağac aşmışdır. Həmin hadisədən bir gün sonra yəni ayın 27 iyun 2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi X13 şəhər İcra Hakimiyyətinin qaynar xəttinə zəng vuraraq həmin hadisə barədə məlumat vermişdir. Bu fakt həmin təşkilatda qeyd edilərək aidiyyəti təşkilatlara yönəldilmişdir. Şikayətə əlavə olunmuş Gəncə Şəhər İcra Hakimiyyətinin 16 avqust 2024-cü il tarixli 5-1/2-1259/2024 saylı məktubundan görünür ki, Gəncə şəhəri N. Nərimanov prospekti 4-cü döngə 2C ünvanda yerləşən qeyri-yaşayış binasının ətrafında yerləşən bir ədəd çinar ağacı aşmış və bu barədə Gəncə Şəhər İH MKTİB-nin qaynar xəttinə məlumat daxil olmuş, 27 iyun 2024cü il tarixdə Birliyin Yaşıllaşdırma şöbəsinin aidiyyəti işçiləri tərəfindən qeyd olunan ünvandakı aşmış ağac götürülmüşdür. Bu fakt həmçinin Gəncə Şəhər İH MKTİB-nin 14 avqust 2024-cü il tarixli 10-378 saylı məktubunda da öz əksini tapmışdır. Həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 iyul 2024-cü il tarixli məktubu ilə inzibati işə baxılması ilə əlaqədar olaraq 26 iyul 2024-cü il tarixdə həmin idarəyə dəvət olunmuş, lakin həmin tarixdə etibarnamə üzrə nümayəndəsi Zaur Tağızadə getsədə onu rəsmi olaraq məsul şəxslərdən heç kim qəbul etməyib və yazılmış protokolla bağlı hər hansı bir araşdırma aparılmamışdır. Bunula bağlı nümayəndəsini həmin idarədə olması ilə bağlı video görüntülər var və həmin görüntülər CD diskə qeyd edilərək məhkəməyə təqdim olunmuşdur. Mübahisəli inzibati qərar qəbul edilərkən bu kimi araşdırmalar olmadan qəbul edilmiş və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Digər tərəfdən inzibati orqanın ağacın kəsilməsi ilə bağlı heç bir mötəbər sübütlar təqdim edilməmişdir. Eyni zamanda bütün rəsmi saytlarda və sosial şəbəkələrdə həmin vaxt ölkə ərazisində və Gəncə şəhərində, hava şəraitinin kəskin dəyişməsi və güclü külək əsməsi nəticəsində ağaclar aşması və şəhər təsərrüfatına ziyan dəyməsi ilə bağlı məlumatlar yerləşdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən ümümi məlum olan və rəsmi kütləvi informasiya mənbələrində elan olunmuş faktlar yünidən sübüt etməyə ehtiyac deyil. Bu baxımdan hamıya məlumdur ki, həmin tarixdə Gəncə şəhərində güclü külək əsmiş və nəticədə şəhər ağaclarına ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçi olan X7 ilə "xxxx" ASC ilə 28 aprel 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə sonuncuya icarəyə verilmişdir. Faktiki qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin istifadəsindədir. Sonda isə o, bir sahibkar kimi qanunvericiliyin tələblərini pozmadığını və pozuntuyla bağlı faktlar təsdiqini tapmadığını bildirmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, 25 iyun 2024-cü il tarixdə Gəncə şəhərində güclü külək olmuş və küləyin təsirindən Gəncə şəhəri, N. Nərimanov prospekti 4-cü döngə 2C ünvanda yerləşən qeyri-yaşayış binasının ətrafında yerləşən bir ədəd ağac aşmışdır. Hadisədən sonra Gəncə şəhər İcra Hakimiyyətinə məlumat verilmiş və Mənzil Kommunal Təsərrüfatı X1 şöbəsinin işçiləri tərəfindən ağaç götürülmüşdür. Bu fakt İcra Hakimiyyətinin MKTİB-nin 10-378 və İH-nin 5-1/2-1259/2024 saylı məktublarında da öz əksini tapmışdır. O, bildirmişdir ki, ******* saylı 26 iyul tarixli qərar ehtimallara əsasən tərtib edilmişdir. Çünki ağaçın mişar və ya balta ilə kəsilməsi barədə mütəxəssis rəyi alınmayaraq fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X6 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Zaur Tağıyev ifadəsində bildirmişdir ki, 25 iyun 2024-cü il tarixdə Gəncə şəhərində güclü küləyin təsirindən icarəyə götürülmüş Gəncə şəhəri, N. Nərimanov prospekti 4-cü döngə 2C ünvanda yerləşən qeyri-yaşayış binasının ətrafında yerləşən bir ədəd ağac aşmışdır. O, bununla bağlı hadisənin səhəri günü yəni 27 iyun 2024-cü il tarixdə çəkilmiş videogörüntüləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarına əlavə edilmiş: - 15 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 şəhəri N. Nərimanov prospekti 4-cü döngə 2C ünvanında ona məxsus ərazidə tikinti işləri aparılan zaman heç bir hüquqi icazə sənədi olmadan 1 ədəd quru vəziyyətdə olan Çinar ağacını qırmış, bununla da Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2200 (iki min iki yüz) manat miqdarında inzibati cərimə edilmişdir. - 28 aprel 2022-ci il tarixdə “İcarə Müqaviləsi”ndən görünür ki, X7 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N. Nərimanov prospekti 4-cü döngə, 2C ünvanında yerləşən 1172 kv.m torpaq sahəsi "xxxx"ASC-nin istifadəsinə vermişdir. - 18 aprel 2024-cü il tarixli “icarə obyektinin təhvil-təslim aktı”ndan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İcarə müqaviləyə əsasən X7 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N. Nərimanov prospekti 4-cü döngə, 2C ünvanında yerləşən, sahəsi 1172 kv.m. olan qeyri-yaşayış sahəsində inşa olunmuş tikilini xx.xx.2024-cü il tarixindən başlayaraq "xxxx"ASC-nin istifadəsinə vermişdir. - Gəncə şəhər İH MKTİB-nin 14 avqust 2024-cü il tarixli, 10-378 nömrəli şifahi sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında qurumuş Çinar ağacı aşmışdır. Bu barədə Gəncə şəhər MKTİB-nin qaynar xəttinə məlumat daxil olmuş və xx.xx.2024-cü il tarixdə Birliyin Yaşıllaşdırma şöbəsinin işçiləri tərəfindən həmin ünvandakı aşmış ağac götürülmüşdür. - Gəncə şəhər İH-nin 16 avqust 2024-cü il tarixli, 5-1/2-1259/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında qurumuş Çinar ağacı aşmışdır. Bu barədə Gəncə şəhər MKTİB-nin qaynar xəttinə məlumat daxil olmuş və xx.xx.2024-cü il tarixdə Birliyin Yaşıllaşdırma şöbəsinin işçiləri tərəfindən həmin ünvandakı aşmış ağac götürülmüşdür. 1 ədəd foto şəkil məktuba əlavə edilərək təqdim edilmişdir. - təqdim edilmiş foto və video görüntüdən aydın görünür ki, 1 ədəd ağac aşmışdır. - 25 iyun 2024-cü il tarixli Gəncə Xəbər veb saytının çıxarışından görünür ki, Milli Hidrometeorologiya xidməti tərəfindən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şəxsin əməlində İXM-nin 253.3.1-ci maddəsinin tərkibi yoxdur. O həmin maddə ilə təqsirli bilinə bilməz. Çünki, məhkəməyə təqdim edilmiş sənədlərdən aydın görünür ki, X7 hadisə ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinə məlumat vermiş və Mənzil Kommunal Təsərrüfatı X1 şöbəsinin işçiləri tərəfindən həmin ağac 27 iyun 2024-cü il tarixdə götürülmüşdür. Bu fakt İH MKTİB-nin 10-378 və İH-nin 5-1/2-1259/2024 saylı məktublarında da öz əksini tapmışdır. Bununla da, R.Cəfərli qanunvericiliyin tələblərini pozmadığı müəyyən olunur. Belə olduğu təqdirdə şikayətçi R.R.Cəfərlinin əməlində İXM-nin qeyd edilən maddəsinin bütün tərkib əlamətləri mövcud olmur. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. X10 Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X7 barəsində İXM-in 253.3.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2955/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2955/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver