Məhkəmə qərarları › İş №3(125)-296/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-296/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-296/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Sumqayıt şəhər Polis İdarəsi DYP-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Sumqayıt şəhər YPX-nin baş serjantı Kənan Əlisanov tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati materiala baxılarkən müəyyən edilmişdir ki, inzibati material baxılması üçün aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-cimaddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. - 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İnzibati protokolda sürücü Şəxs Koroğlu küçəsində dönmə siqnalından istifadə etmədiyi üçün saxlanıldığı, alkotestr vasitəsilə yoxlama zamanı sürücünün sərxoş halda olaraq avtomobili idarə etməsinin müəyyən olunduğu, nəticədə Azərbaycan Respubliaksı İXM-nin 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta Sumqayıt şəhəri ərazisinə aid olduğundan hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 110, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar