Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2960/2025 07.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu, Şəmkir rayonu Polis şöbəsinin Yol Patrul Xidmətinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş 31 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarınından X3 tərəfindən verilmiş şikayə ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM: X3 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Şəmkir rayonu Polis şöbəsinin Yol Patrul Xidmətinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəmkir rayonu Polis şöbəsinin Yol Patrul Xidmətinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X1 verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi Şəmkir rayonu, Zəyəm qəsəbəsi yolunda törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta Şəmkir rayonu ərazisində törədildiyindən və X3 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət əlavə etmədiyindən Şəmkir rayonu Yol Patrul xidmətinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3, 132.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir rayonu Polis şöbəsinin Yol Patrul Xidmətinin polis kapitanı X2 tərəfindən qəbul edilmiş 31 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilən şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2960/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2960/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver