Məhkəmə qərarları › İş №3(125)-2961/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2961/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2961/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X6, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Daşkəsən rayonu, Qabaqtəpə ərazi dairəsi, Astaf kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Təzə Cavadxan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Daşkəsən rayonu, Qabaqtəpə ərazi dairəsi, Astaf kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Təzə Cavadxan qəsəbəsində yaşayan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-6062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iki yetkinlik yaşına çatmayan uşağının saxlanılmasına görə hər ay cəmi 360 (üç yüz altmış) manat aliment pulu tutularaq, X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş, eyni zamanda qanun tələbləri izah edilmişdir. Hazırda borclu Şəxs 2152 ( iki min yüz əlli iki) manat borcu mövcuddur. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş lakin Şəxs borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Şəxs 2152 (iki min yüz əlli iki) manat borcu mövcuddur. Zərərçəkmiş şəxs borcunun ödənilməsini tələb etmişdir. Protokolu müdafiə edərək qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs borcunun mütəmadi icra edir. Hazırda ondan tələb olunan borc əvvəlki dövrlərin puludur. O, hər ay 360 manat aliment ödəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu inkar etmir. Lakin hal-hazırda borcunu tam ödəməyə imkanı olmadığını bildirmiş və işsiz olduğunu demişdir. Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-6062/2024-005 saylı icra sənədi üzrə hər ay 400 (dörd yüz) manat olmaqla ödəməyə hazırdır və bununla bağlı tələbkar tərəflə razılığa gəldiklərini bildirmişdir. Daha sonra bununla bağlı yazılı ərizələri məhkəməyə təqdim etmişdir. Bu halları nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, uşaqların dolanışığı ilə bağlı 700 (yeddi yüz) manat borc götürmüşdüm. Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-6062/2024- 005 saylı icra sənədi üzrə hər ay 400 (dörd yüz) manat olmaqla ona ödəməyə hazır olduğunu bildirmiş və onlar aralarında razılığa gəlmişlər. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-6062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki yetkinlik yaşına çatmayan uşağının saxlanılmasına görə hər ay cəmi 360 (üç yüz altmış) manat aliment pulu tutularaq, X3 ödənilməlidir. - xx.xx.2025-ci il tarixli icraat başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-6062/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2025ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlıq borclu tərəfindən imza atılmaqla götürülmüşdür. - xx.xx.2025-ci il tarixli X1 ərizəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6062/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün borclu Şəxs hər ay hər uşaq üçün 180 (yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Bildirir ki, borclu Şəxs 2025-ci ilin iyun ayıda daxil olmaqla ona cəmi 2152 (iki min yüz əlli iki) manat aliment borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlıq borclu tərəfindən imza atılmaqla götürülmüşdür. - xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, onun X3 yaranmış olan 2152 (iki min yüz əlli iki) manat aliment pulunu tam şəkildə ödəməyə imkanı yoxdur. O hal-hazırda ailəlidir və iki övladı var. Əlavə olaraq evdə xəstə anası var və iş yeri yoxdur. Qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. - borclu Şəxs əmlak və gəlir məlumatlarından görünür ki, heç bir gəlir əldə edəcək bir yeri yoxdur və adına heç bir əmlak yoxdur. - Şəxs 25 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, o, borcundan 04 iyul 2025-ci il tarixdə 557 manat , 01 avqust 2025-ci il tarixdə isə qalan borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. - X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6062/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs ilə hər ay 400 (dörd yüz) manat aliment pulunun ödənilməsində qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. - Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 6062/2024-005 saylı icra sənədi üzrə hər ay 400 (dörd yüz) manat olmaqla ödəyəcəyinə söz vermişdir. Ödəmədiyi təqdirdə məsulliyəti ona izah edilmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-6062/2024-005 saylı icra sənədi üzrə hər ay 400 (dörd yüz) manat olmaqla ödəyəcəyinə söz vermişdir və tələbkarla razılıq əldə etdiyini bildirmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs hər ay 400 (dörd yüz) manat olmaqla borcunu da ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Eyni zamanda, iş üzrə zərərçəkmiş şəxs olan X4 da ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati icraat aparılan şəxslə razılığa gəldikləri üçün hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar