Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2962/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE******** olan, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu Ə.Budaqov Küçəsi ev 33-də qeydiyyatda olan qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli 08 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Gəncə şəhəri 3 nömrəli xəstəxanada polisin qanuni tələbinə qəsdən tabe olmamış, ucadan nalayiq ifadələr işlətmiş və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamış, barəsində protokol tərtib edilərək, aidiyyatı üzrə baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmiş, protokolu müdafiə edir və qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə arvadını at vurduğuna görə onu Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada rentgen işləmədiyinə görə arvadını Gəncə şəhəri 3 nömrəli xəstəxanasına gətirmişdir. Həmin zaman sözügedən xəstəxanada işləyən adını bilmədiyi qeydiyyatçı onun arvadına laqeyd münasibət göstərdiyi üçün onunla mübahisə etmiş, bu zaman xəstəxanada olan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində Mülki Mühafizə Xidmətinin mülki mühafizə işçisi onlara yaxınlaşıb, onunla kobud danışmış və bu səbəbdən də, aralarında mübahisə yaranmışdır. Həmin gün spirlti içki qəbul etmişdir. Sonradan həmin əməkdaş öz baş idarələrinə məlumat vermiş və baş idarədən gələn əməkdaşlar onu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirmişlər. Gəncə şəhəri 3 nömrəli xəstəxanasında səs-küy saldığı üçün peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, Gəncə şəhəri 3 nömrəli xəstəxanasında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi işləyir. Hadisə baş verən gün yəni xx.xx.2025-ci il tarixdə xidmətdə olmuşdur. Həmin gün Şəxs Gəncə şəhəri 3 nömrəli xəstəxanasında olarkən orada səs-küy salmış, digər xəstələrə və onların yaxınlarına mane olmuş, ondan sakitləşməsini tələb etdikdə isə onunda ünvanına nəlayiq ifadələr işlətmiş və onun qanuni tələbinə tabe olmamışdır. Bundan sonra baş idarəyə verdiyi məlumat əsasında onu baş idarənin işçiləri Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, O, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində polis nəfəri işləyir. O, X3 verdiyi məlumat əsasında digər əməkdaşlarla birlikdə Gəncə şəhəri 3 nömrəli xəstəxanaya gəlmişlər və barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs səs-küy salmasını görməmiş, X8 həmin şəxsin Səbahət olduğunu bildirmiş və bundan sonra sonuncunu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Şəxs şöbəyə apararkən sonuncu onlara hər hansı bir müqavimət göstərməmiş və özü polis maşına oturmuşdur. Məhkəmə iclasında X4 (Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində Mülki Mühafizə Xidmətində mühafizəçi) şahid qismində dindirilən zaman şahid X9 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, yaşadığı evin həyətində onu at ayağı ilə vurduğu üçün əri Şəxs onu Göygöl Rayon Mərkəzi xəstəxanasına, sonradan isə müvafiq göstəriş əsasında Gəncə şəhəri 3 nömrəli xəstəxanasına gətirmişdir. Xəstəxanada ona laqeyd münasibət göstərildiyi üçün əri orada işləyən qeydiyatçı ilə mübahisə etmiş və bu mübahisədən sonra mühafizəçi X8 onlara yaxınlaşmış və əri Şəxsla mübahisə etmişdir. Bundan sonra Şəxs həmin mühafizəçi ilə birlikdə çölə çıxmış və onu polis avtomobili ilə aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi istəmədiyini bunun onun maddi imkanıyla əlaqəli olmadığını öz yazılı ərizəsində bildirmişdir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:10-da tutulmuşdur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq Vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 2692/2025 nömrəli aktdan görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq müəyyən edilmişdir. X3 xidməti vəsiqəsinin surətindən görünür ki, o polis əməkdaşı deyil, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7. inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal hesab edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə iş materialları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 510-cu maddəsində göstərilən əməli törətmişdir. İXM-nin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 535.1-ci maddəsinə münasibətdə inzibati xətanın tərkibinin yaranması üçün Şəxs qanuni tələblərinə qəsdən tabe olmadığı şəxs polis işçisi olmalıdır, hazırkı işdə isə X8 polis əməkdaşı deyil, o, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində Mülki Mühafizə Xidmətinin mülki mühafizəçisidir. Şəxs polis şöbəsinə aparmağa gəlmiş şəxslərdən yalnız X1 İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X11 İdarəsində polis nəfəri işləyir ki, onun özünün izahatından da, məlum olur ki, Şəxs ona qarşı hər hansı bir tabesizlik göstərməmişdir. Bu səbəbdən də, İXM-nin 535.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibinin olmaması əsası ilə həmin hissədə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmiş, beləliklədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal onun sərxoş halda inzibati xəta törətməsi, yüngülləşdirən hallar isə onun əməlini etiraf etməsi və peşman olmasıdır. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə isə əməldə inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 07 avqust 2025-ci il tarixdən, saat 23:10-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2962/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2962/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver