Məhkəmə qərarları › İş №3(125)-2963/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2963/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2963/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, X9 haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında elektron qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərardan narazı qaldığı üçün şikayət ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Şikayəti əsasında Gəncə şəhər Məhkəməsinin qərarı ilə barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında elektron qərarın ləğv edilməsi və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin məhkəmə qərarının olmasına baxmayaraq Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı X3 tərəfindən heç bir araşdırma aparmadan yenidən onun iştirakı təmin olunmadan və Azərbaycan Respublikasının adından qəbul edilən qərara heç bir məhəl qoymadan inzibati xəta haqqında iş üzrə icraat haqqında işə baxılaraq barəsində xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında elektron qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı X2 xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Lakin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s) barədə müvafiq qeydiyyat aparılmamış, buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, vəzifəli şəxs onun barəsində qərarı elektron formada qəbul etmişdir. Barəmdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı X2 xx.xx.2025-ci il tarixli, EQ 25336194 nömrəli X9 haqqında qərarı tam əsassızdır. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Daşkəsən yolu giriş-çıxış hissəsində saat 10:51 radələrində ‘'HYUNDAİ SANTA FE” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş “X9 Haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli qərar qəbul edilmişdir. O, bu qərarla razılaşmır. Onun barəsində “X9 Haqqında” xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın B0DEE49F881977D nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, inzibati xatanın törədilməsinə dair “video görüntü” barədə qeyd elektron qərarda öz əksini tapmamışdır. Elektron qərarda yalnız “inzibati xəta hadisəsinin baş verdiyi və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur” sözləri qeyd edilmişdir. Lakin “X9 Haqqında” xx.xx.2025-ci il tarixli. EQ 28311902 nömrəli qərarın əlavəsində olan foto şəkillərdə də inzibati xətanın törədildiyi tarix və saat əks olunmamış və istifadəsində olan “asan pay” elektron kabinetində inzibati xətanın törədilməsini sübut edən video materillar əlavə edilməmişdir. Həmçinin elektron qərarda inzibati xətanın xüsusi texniki vasitənin köməyi ilə aşkar edildiyi göstərilsə də, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilən tələblərlə uzlaşmır. Bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, X9 haqqında qərarda göstərilən tarix və saatda işdə olmuş və minik avtomobili tərəfindən idarə edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən EQ 28311902 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 haqqında qərardan şikayət vermiş X6 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, qərarda qeyd edilən avtomobilə sonuncu etibarnamə ona verildiyinə görə cərimə ona yazılmış, lakin həmin qərarda qeyd edilən tarixdə və saatda o, işdə olmuş və avtomobil idarə etməmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərarda X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)- 1835/2025 nömrəli qərarından görünür ki, X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərarın ləğv edilməsi və qərarın surətinin inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında sürücü yol hərəkət qaydasını pozmadığını, heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan 18 avqust 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28311902 nömrəli X9 haqqında qərar ləğv edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində X4 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar