Məhkəmə qərarları › İş №3(125)-2964/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2964/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2964/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə iclası zamanı şikayət ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Lakin şikayət ərizəsinə barəsində şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərarın surəti əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsi şikayətçiyə geri qaytarılsın. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar