Məhkəmə qərarları › İş №3(125)-2968/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2968/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2968/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı ** NH *** dövlət qeydiyyat nömrəb nişanlı avtomobillə Gəncə şəhəri, Əziz Əliyev küçəsində düzünə hərəkətdə olarkən idarəetməni itirmiş və yolun sağ tərəfində dayanmış vəziyyətdə olan sürücü, Zərərçəkmiş şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı ** NM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs və Şəxs YÜNGÜL dərəcəli bədən xəsarəti almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, “Toyota Prius” minik markalı avtomobil ona məxsusdur və o, etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə 23 radələrində o, tək idarə etdiyi “Toyota Prius” minik markalı avtomobillə Gəncə şəhəri, Ə.Əliyev küçəsi ilə hərəkətdə olarkən yolun hərəkər hissəsinin sağ tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs avtomobilini sol yan tərəfindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, heç bir xəsarət almamışdır. Lakin, Zərərçəkmiş şəxs xəsarət aldığı üçün onu xəstəxanaya yerləşdirmişdir. Hadisənin baş vermə səbəbi isə avtomobili ehtiyatsız idarə edərək idarə etməni itirməyi olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, “Kia Rio” minik markalı **-NM- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilil o, etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o, idarə etdiyim avtomobillə Gəncə şəhəri Əziz Əliyev klüçəsi ilə hərəkət edərək Əziz Əliyev küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində avtomobilini saxlayaraq dayandırmışdır. Bir az keçmiş Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə hərəkətdə olan Şəxs idarə etdiyi avtomobillə onun avtomobilinin sağ yan tərəfindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, xəsarət aldığı üçün Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya Şəxs tərəfindən yerləşdirilmişdir. Hazırda, notarial qaydada təsdiq olunmuş ərizə ilə barışıq əldə etmişdirlər. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə nümüyəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarıda olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - xx.xx.2025-ci il tarixli **********406 saylı ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs baş vermiş hadisə ilə bağlı barışıq əldə etmişdirlər. -Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X4 Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirirmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi var. “Kia Rio” minik markalı **-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilil o, etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində o, tək idarə etdiyi “Kia Rio” minik markalı **-NM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Əziz Əliyev klüçəsi ilə hərəkət edərək Əziz Əliyev küçəsində yolun hərəkət hissəsinin sağ tərəfində avtomobilini saxlayaraq dayandırmışdır. Bir az keçmiş Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə hərəkətdə ona adı sonradan məlum olan Şəxs idarə etdiyi “Toyota Pirius” minik markalı **-NH-*** qeydiyyat nömrəli avtomobillə onun avtomobilinin sağ yan tərəfindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, xəsarət aldığı üçün Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya getmişdir. Sonra polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişdirlər, onun ayıq olması müəyyən olundu. -Araşdırma zamanı izahatı alınmış Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi var. “Toyoto Prius” minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur və o, etibarnamə əsasında idarə etdiyi xx.xx.2025-c il tarixdə saat 23 radələrində o, tək idarə etdiyi Toyoto Prius minik markalı **- NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış vəziyyətdə olan adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs “KİA RİO” minik markalı **-NM-*** qeydiyyat nömrəli avtomobilin sol yan tərəfindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, heç bir xəsarət almamışdır. “KİA RİO” minik markalı **-NM-*** qeydiyyat nömrəli avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət aldığı üçün müayinə olunması üçün onu xəstəxanaya aparmışdırlar. Sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etdilər və onları sərxoşluq müayinəsindən keçirdilər, onun ayıq olması müəyyən olunmuşdur. Hadisənin baş vermə səbəbi isə avtomobili ehtiyatsız idarə edərək idarə etməni itirməyi olmuşdur. Həmin vaxt onun idarə etdiyi “Toyoto Prius” minik markalı **-NH- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil sürəti 40-50 km/saat olardı və o, təhlükəsizlik kəmərindən istifadə edirdi. O, “KİA RİO” minik markalı **-NM-*** qeydiyyat nömrəli avtomobili təxminən 5-10 metr məsafədə görmüş, avtomobilin əyləcini hadisənin qarşısını almaq üçün sıxmış, lakin hadisənin qarşısını ala bilməmişdir. -Material üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının 664 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət — döş qəfəsinin ön-yan səthinin yumşaq toxumalarının əzilməsi, hematoması- bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YUNGÜL zərər vurmaya aid edilir. -Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2025-ci il tarixli 2359/2025 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. -Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2025-ci il tarixli 2358/2025 nömrəli aktdan görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.8-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.8-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X3 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X3 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar