Məhkəmə qərarları › İş №3(125)-298/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-298/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-298/2022 12.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X14 Şöbəsinin polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1997-ci il tarixdə Gədəbəy rayonu, Köhnəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Köhnəkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X12 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 19 mart 2022-ci il tarixdə saat 21 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla etibanamə əsasında idarə etdiyi “VAZ-21214” minik markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Məhsəti qəsəbəsi 8-ci küçədə hərəkətdə olarkən idarə etdiyi avtomobillə “X10” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 3-cü bəndinin tələblərini pozaraq X1 hüququ olmaqla, icarə müqaviləsi əsasında idarə etdiyi “Opel Astra” minik markalı ** LY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, sonradan isə hərəkət yolunun əksinə çıxaraq əks yolda hərəkətdə olan sürücü X5 ayıq vəziyyətdə, sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə X5 və həmin avtomobildə sərnişin qismində olan X4 yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsinə dair 15 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X14 Şöbəsinin polis mayoru X6 bildirdi ki, Həsənov X7 Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində haqlı olaraq həmin maddə ilə 15 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək izahatında bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun 2015-ci ildə aldığı BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ 21214” minik markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. “VAZ 21214” minik markalı avtomobili idarə edərək yaşadığı ünvanda mərkəz istiqamətdə təxminən saat 21 radələrində 50-60 km/saat sürətlə Məhsəti qəsəbəsi, 8-ci küçədə hərəkətdə olarkən həmin vaxt onun mobil telefonu oturacağın ara hissəsinə düşmüş, o, telefonu oradan çıxarmaq üçün sağ tərəfə əyilərkən anidən “Opel” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin avtomobillə toqquşduqdan sonra o, sükanı sola doğru çəkmiş və anidən əks istiqamətdə ola digər avtomobillə toqquşmuşdur. O, avtomobildən yerə düşmüş, “Opel” markalı avtomobildə sərnişin xəsarət aldığından dərhal xəstəxanaya müraciət etmişdir. Hadisənin baş verməsinə səbəb telefonunun oturacağın boşluğuna düşməsi və onun ehtiyatsızlığı olmuşdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında işin icraatının dayandırılması haqqında” 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində həyata keçirilən inzibati xəta üzrə icraat İXM-nin 104.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında işin icraatının təzələnməsi haqqında” 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində həyata keçirilən inzibati xəta üzrə icraat həmin tarixdən təzələnmişdir. İş materiallarından müəyyən edilir ki, Gəncə şəhər rayonlararası narkoloji dispanserdən alınmış 19 mart 2022-ci il tarixli 373/2022, 374/2022 və 375/2022 saylı tibbi müayinə aktları ilə hər üç sürücü Şəxs, X5 və X2 hadisə zamanı ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarından müəyyən edilir ki, məhkəmə-tibb ekspertizasının 29 mart 2022-ci il tarixli 467 nömrəli rəyi ilə, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alt dodağın əzilmiş yarası, sağ aşıq-baldır oynağının əzilməsi-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 19 mart 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. İş materiallarından müəyyən edilir ki, məhkəmə tibb ekspertizasının 29 mart 2022-ci il tarixli 468 nömrəli aktı ilə X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ əlin yumşaq toxumalarının əzilməsi, hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 19 mart 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, inzibati xəta törətməsini səmimi etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar