Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3003/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 11 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Gəncə şəhəri 6 saylı Notariat Kontorunun 8İ-4649 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs borcuna görə 3500 (üç min beş yüz) manat və dövlət rüsumunun əvəzi 25 (iyirmi beş) manat alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdarlıq təqdim edilmiş, o həmin bildirişi imza edərək qəbul etmiş, lakin pulu ödəməyəcəyini demiş, buna səbəb olaraq da, yazılı izahatında bildirmişdir ki, tələbkar tərəfdən pul götürməmişdir. O, icra sənədinin icrasını təmin etməkdən ötrü, Azərbaycan Respublikasının CM-in 528.1-ci maddəsi ilə protokol tərtib edərək, aiddiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o bir manat da olsa pul görməmişdir. Muğan Bankda ona qol çəkdirmişlər, lakin müqavilədə onun borclu olmağı ilə bağlı yazıldığını bilməmişdir. Notariusda pulu almağı ilə onu aldadaraq qol çəkdirmişdir. Elmira xanımı salam verən zaman tanıdığını bildirmiş və əvvəl danışmışlar ki, o, Elmiradan borc götürməli idi, lakin daha sonra fikrini dəyişmişdir. Müqaviləni pozmaq istədikdə Elmira iddia eləmişdir ki, guya o, Elmiradan 500 manat hissə-hissə pul almışdır. O, sonda tələbkara borcunun olmadığını və bu pulu ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər işləsə də hazırda heç yerdə işləmir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirdi ki, o, İlhaməyə pul vermişdir. O, onun evinə gələrək ev satdığını bildirmişdir, gələndə yanındakı şəxsin adı Afdandil (20-22 yaşlarda) bacısı oğlu olmağını demişdir, onu bu xanımla Rafət tanış etmişdir, Rafət onun qonşusudur. 2020-ci ildə tanımışdır, onlar yaxından tanış olduqdan sonra gedib gəlişi olmuşdur, boynunda osteoxondroz var idi, evə gəlib boynunu masaj edirmiş. Sonra ondan borc istəmiş, o isə notarial qaydada borc müqaviləsi bağlayaraq pul vermişdir. İlhamə ona pulu götürmədiyini bildirdikdə, sonradan məlum oldu ki, o pulu qol çəkib götürmüşdür. O, əslində 10000 (on min) manat vermişdir. Aralarında 10000 (on min) manatla bağlı notarial qaydada müqavilədə mövcüddur. O, işləmədiyini bildirmişdir, onda olan pul atasından və oğlunun atasından qalmışdır. O, borcunun tam ödənilmədiyi təqdirdə barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş 11 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. -İş materiallarına əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli, icra qeydindən görünür ki, X3 xeyrinə xx.xx.2023-cü il tarixdə 3M-486 №li reyestrlə təsdiq edilmiş kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinədək olan müddət üçün vaxtında ödənilməmiş aylıq ödənişlərin cəmi 3500 ( üç min beş yüz) manat tutulmuş və bundan əlavə borcludan tələbkar tərəfindən ödənilməmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3525 (üç min beş yüz iyirmi beş) manat pul tutulmuşdur. -Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə Şəhər 6 saylı Notariat Kontorunun 8İ- 4649 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icraata qəbul edilmişdir. -İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, icra vərəqəsinin könüllü icrası barədə Bildiriş borcluya göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o maddi imkanı olmadığını bildirsə də, 3525 (üç min beş yüz iyirmi beş) manat borcu mövcuddur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs cəzasını yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3003/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3003/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver