Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3008/2025 02.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Gəncə şəhər 2-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Gəncə şəhər 2-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi E-Polis elektron xidmətlər portalına yerləşdirilmiş MN ******* saylı qərarından görünür ki, barəsində İXM-nin 521-ci maddəsi inzibati xəta törətməyi barədə qərar çıxarılmışdır. Qərara əsasən guya ictimai yerdə avtomobildə yüksək səslə musiqiyə qulaq asmışdır. Qeyd olunan qərarla bağlı bildirir ki, o, hər hansı inzibati xəta törətməmişdir. Qərəzli olaraq elektron protokol və qərar tərtib olunmuşdur. Belə ki, 20 iyul 2025-ci il tarixində təxminən 02:17 radələrində Gəncə şəhərində dostu Samir Əhmədovun idarə etdiyi SORENTO markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman şəhərin Poçt qəsəbəsi adlanan ərazisində Azərbaycan Əsgəri küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanan zaman yanlarında işıqforun qırmızı işığında dayanmış PPX əməkdaşları onlara avtombillərindən tərs-tərs baxırdılar. Samir işıqforun yaşıl işığında hərəkət edən zaman PPX avtomobili arxadan işarə verərək avtomobili saxlamasını istədilər. Samir avtomobili saxlayandan sonra avtomobildən düşüb PPX əməkdaşlarına yaxınlaşmış. Bu zaman onlar irad bildirərək avtomobildə olan musiqinin səsinin yüksən olduğunu bildirdilər. Samir də, o da onlara musiqinin səsinin yüksək olmadığını bildirən zaman PPX əməkdaşlan onlarla razılaşmayaraq onları Gəncə şəhər Polis İdarəsinin 2 şöbəsinə dəvət etmişlər. Beləliklə o, PPX əməkdaşlarının avtomobilində, Samir isə öz avtomobilində Gəncə şəhər Polis İdarəsinin 2-ci şöbəsinə gətirildilər. Şöbəyə gəldikdən sonra onların sərxoşluq vəziyyətləri yoxlanıldı və heç bir spirtli və qadağan olunmuş pereparat qəbul etmədikləri müəyyən olunmuşdur. Bundan sonra o, polis zabiti adını yadından çıxardığı baş leytenant və kapitana izah etdi ki, o, avtomobilində musiqiyə yüksək səslə qulaq asmamışdır.Sadəcə olaraq polis əməkdaşları onu şöbəyə qərəzli olaraq gətiriblər. Onun bu ifadələrinə məhəl qoyan olmadı. Eyni zamanda o, protokola qeyd atdı ki, o, tərtib olunmuş protokolla razı deyil. Bundan başqa onların izahatlar dərhal yox düz 11 gün sonra xx.xx.2025-ci il tarixində alınıb onların izahatlar alındıqdan sonra hər ikisi barəsində xx.xx.2025-ci il tarixində İXM-nin 521-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilərək qərar qəbul edildi. Onlar polis şöbəsində olan zaman da. indi də bildirir ki, avtomobilin sahibi sürüsü dostu Samir Əhmədov birinci qrup onkoloji xəstədir. Onun xəstəliyi ona icazə vermir ki, o, kənardan uca səslərə qulaq asa bilsin, keşkə Samirin səhəti buna yol verərdi və o, polis əməkdaşlarının dediyi kimi musiqiyə ucadan qulaq asardı onlarda Samiri cərimə edərdilər. Lakin əfsuslar olsun ki, Samirin səhhəti ciddi şəkildə buna yol vermir. Bundan başqa avtomobil xarici istehsal olan bir markadır və həmin avtomobilin səs akustikası mümkün deyil ki, polislərin dediyi kimi çölə dəhşətli dərəcədə səs versin. Hətta onlar hərəkətdə olan zaman Samirlə söhbət edirdilər. Eyni zamanda avtomobildə səs sistemində heç bir dəyişiklik edilməyib ki, musiqinin səsi yüksək olaraq çölə çıxsın. onlar dəfələrlə polis şöbəsində avtomobilin səsinin yüksək olmadığını bildirsələr də onlara bildirdilər ki, polis gətiribsə deməli səs uca olub. Dayandıqları işıqforda həm şəhər təhlükəsizliyi, həm də MMK mövcuddur. Xahiş edir məhkəmədən həmin görüntülər götürülərək incələnsin. Eyni zamanda PPX əməkdaşlarının idarə etdikləri avtomobildə də səs yazan olmaqla daxili video qeydiyyat cihazı mövcuddur. Məhkəmədən xahiş edir ki həmin video görüntüdə götürülərək ekspertiza tərəfindən müəyyən edilsin ki, onun avtomobilindən səs normadan artıq olub ya yox. Bunların hamısının əksi olaraq onların barələrində İXM-nin 521-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Yaxşı Samir avtomobili idarə edir və avtomobil onundur, bu halda onun nə günahı var ki, onda eyni maddə ilə cərimə tədbiq olundu. Yəni bu o deməkdir ki, polis əməkdaşlarının məqsədi inzibati xəta aşkar edib vətəndaşı cəzalandırmaq yox, elə sağa-sola qanunsuz protokol yazıb qərar qəbul etməkdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bidirmişdir ki, o, gecə saat 02:00 radələrində Samux rayonundan qayıdarkən avtomobillə hərəkətdə olan zaman şəhərin Poçt qəsəbəsi adlanan ərazisində Azərbaycan Əsgəri küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanan zaman yanlarında işıqforun qırmızı işığında PPX əməkdaşlarıda durmuşdurlar. Samir işıqforun yaşıl işığında hərəkət edən zaman PPX avtomobili arxadan işarə verərək avtomobili saxlamasını istəmişlər. Samir avtomobili saxlayandan sonra avtomobildən düşüb PPX əməkdaşlarına yaxınlaşmışdır. Bu zaman onlar irad bildirərək avtomobildə olan musiqinin səsinin yüksən olduğunu bildirmişlər. Onlara musiqinin səsinin yüksək olmadığını bildirən zaman PPX əməkdaşlan onlarla razılaşmayaraq onları Gəncə şəhər Polis İdarəsinin 2 şöbəsinə dəvət etdilər. Beləliklə o, PPX əməkdaşlannın avtomobilində Samir isə öz avtomobilində Gəncə şəhər Polis İdarəsinin 2-ci şöbəsinə gətirilmiş və gecə saat 05:00-a kimi saxlatmışdırlar. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşaları onlarla kobud rəftar etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olan, dəfələrlə bildiriş verilməsinə baxmayaraq ,İnzibati tənbeh vermə haqqında qəraı qəbul etmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclas zalında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eyni zamanda heç bir təsdiq edici sübutu məhkəməyə təqim etməmişdir. Məhkəmə inzibati orqanın iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 150 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 şikayət verərək onun barəsində inzibati tənbeh vermə haqqında qərarın qanunsuz qəbul edildiyini və heç bir pozuntu törətmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarına videogörüntü əlavə olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəmə sorğu göndərməyinə baxmayaraq məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilməmiş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə bağlı video görüntü təqdim edilməmişdir. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Gəncə şəhər 2-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər 2-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3008/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3008/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver