Məhkəmə qərarları › İş №3(125)-3009/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3009/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3009/2025 08.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avatomobilində olan sərnişin X5 ilə birlikdə 20 iyul 2025-ci il tarixində təxminən 02:17 radələrində Gəncə şəhərində idarə etdiyi SORENTO markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, şəhərin Poçt qəsəbəsi adlanan ərazsisində Azərbaycan Əsgəri küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanan zaman yanında işıqforun qırmızı işığında dayanmış PPX əməkdaşları ona və avtomnobilinə tərs-tərs baxıblar. O, işıqforun yaşıl işığında hərəkət edən zaman PPX avtomobili arxası ilə işarə verərək avtomobili saxlamasını istəyib. O, avtomobili saxlayandan sonra avtomobildən düşüb PPX əməkdaşlarına yaxınlaşıb. Bu zaman onlar ona irad bildirərək avtomobilində olan musiqinin səsninin yüksən olduğunu bildiriblər. O da onlara musiqinin sənəsinin yüksək olmadığını bildirən zaman PPX əməkdaşları onunla razılaşmayaraq onu və avtomobilində olan sərnişin X3 Gəncə şəhər Polis İdarəsinin 2 şöbəsinə dəvət ediblər. Beləliklə sərnişin X5 PPX əməkdaşlarının avtomobilində o isə öz avtomobili ilə Gəncə şəhər Polis İdarəsinin 2-ci şöbəsinə gətiriliblər. Şöbəyə gəldikdən sonra onların sərxoşluq vəziyyəti yoxlanılmış və heç bir spirtli və qadağan olunmuş pereparat qəbul etmədikləri müəyyən olunmuşdur. Bundan sonra o polis zabitinə izah edib ki, o, avtomobilində musiqiyə yüksək səslə qulaq asmamış sadəcə olaraq polis əməkdaşları onu şöbəyə qərəzli olaraq gətiriblər. Onun bu ifadələrinə məhəl qoyan olmayıb. Eyni zamanda o protokola qeyd edib ki, o tərtib olunmuş protokolla razı deyil. Bundan başqa onların izahatları dərhal yox düz 11 gün sonra xx.xx.2025-ci il tarixində alnıb. Onların, izahatları alındıqdan sonra hər ikisin yəni o və sərnişin X3 barəsində xx.xx.2025-ci il tarixində İXM-nin 521-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X5 izahatında bildirdi ki, o, gecə saat 02:00 radələrində Samirlə birgə şəhərin Poçt qəsəbəsi adlanan ərazisində Azərbaycan Əsgəri küçəsi ilə M.Gəncəvi küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında dayanan zaman yanlarında işıqforun qırmızı işığında PPX əməkdaşlarıda durmuşlar. Samir işıqforun yaşıl işığında hərəkət edən zaman PPX avtomobili arxadan işarə verərək avtomobili saxlamasını istəmişlər. Samir avtomobili saxlayandan sonra avtomobildən düşüb PPX əməkdaşlarına yaxınlaşmışdır. Bu zaman onlar irad bildirərək avtomobildə olan musiqinin səsinin yüksən olduğunu bildirmişlər. Onlara musiqinin səsinin yüksək olmadığını bildirən zaman PPX əməkdaşlan onlarla razılaşmayaraq onları Gəncə şəhər Polis İdarəsinin 2 şöbəsinə dəvət etdiblər. Beləliklə o, PPX əməkdaşlannın avtomobilində Samir isə öz avtomobilində Gəncə şəhər Polis İdarəsinin 2-ci şöbəsinə gətirilmiş və gecə saat 05:00-a kimi orda saxlamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq ,İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclas zalında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati orqanın iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 150 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi və şahidi dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Gəncə şəhər BPİ-nin 2ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata X1 təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata X1 təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar