Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3024/2025 04.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Tovuz rayonu, Mülkülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 12 avqust 2025-ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1991-cu il Tovuz rayonunda anadan olmuş, AR-nın vətəndaşı, evli, ünvan 2 ünvanında yaşayan Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-ci il tarixi icra sənədinə əsasən hər ay 220 manat Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri məhkəməsinin e- 2(125)-3143/2024 nömrəli xx.xx.2024 il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 31382 (otuz bir min üç yüz səksən iki) manat pul alınaraq xx.xx.2014-cü il təvəllüdlü X1 bank hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,5 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxsnun ödənilməmiş 31382 manat pul borcu və 560 manat aliment borcu vardır. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Çağırışlara məcburi gətirilmə və axtarış qərarı ilə məcburi qaydada gətirilir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirdi ki, hal-hazırda borclu Şəxs ödənilməmiş 31382 manat pul borcu və 560 manat aliment borcu vardır. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən borcunu tam şəkildə ödəməmişdir. Borcluya Gəncə Şəhər Məhkəməsinin qərarları ilə dəfələrlə cərimə cəzası tətbiq edilmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmaması və xəstə olmasıdır. Borcunu ödəmək niyyətindədir. Onun özünə məxsus evi vardır, həmin evi satıb borcunu tam şəkildə ödəmək istəyir. Ona vaxt verilsə borcunu tam şəkildə ödəməyə hazırdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, məhkəmə hökmü ilə və qətnaməsi ilə müəyyən edilmiş borcun və alimentin Şəxs ödənilməsini tələb edir. Borclu ilə heç bir razılığa gəlməmişlər. O Şəxs borcunu tam şəkildə ödəmədiyi halda cəzalandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-3143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Cavabdeh Şəxs 31382 (otuz bir min üç yüz səksən iki) manat pul alınaraq xx.xx.2014-cü il təvəllüdlü X1 bank hesabına ödənilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,5 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Gəncə Şəhər Məhkəməsinin 2(125)-3143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Namazova (Bayramova) Nərmin Nərmayıl qızından tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Sumqayıt şəhər Məhkəməsinin 2(060)-27/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. -Elektron çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı azyaşlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrarən müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə şəhər Məhkəməsinin 3(125)- 1844/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını və xəstə olduğunu əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda ödənilməmiş 31382 manat pul borcu və 560 manat aliment borcu vardır. Borclu məhkəmə iclası zamanı iclasın təxirə salınması və bu müddət ərzində borcundan ödəniş edəcəyini bildirsə də heç bir ödəniş etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, himayəsində yetkinik yaşına çatmayan uşağının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3024/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3024/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver