Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3025/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlu, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış 27 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X3 barəsində qəbul edilmiş 27 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən həmin məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar rəsmi şəkildə əldə edilməli (şikayətin vaxtında verilib-verilmədiyini müəyyən etmək üçün) və həmin sənədlər şikayətə mütləq şəkildə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. Lakin iş materiallarından göründüyü kimi 27 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs həmin qərarın nə vaxt alınmasını təsdiq edən heç bir sənəd şikayət ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə hazırda sözügedən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 (on) gün müddətin keçib-keçməməsini müəyyən etmək mümkün deyil və bu səbəbdən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 27 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-3025/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3025/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver