Məhkəmə qərarları › İş №3(125)-3028/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3028/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3028/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-cü ildə Daşkəsən rayonu, Dəstəfur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Dəstəfur kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhər 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 13 avqust 2025-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs zərərçəkmiş şəxs Ş.Məhərrəmovanın 400 manat pulunu alaraq ona qapı dəsti gətirəcəyini vəd vermiş, lakin vədinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, X1 əsasında hazırlanmış qapı onun ünvanına taksi vasitəsilə aparılmış, o, qapını təhvil verən zaman zərərçəkmiş şəxs ödəniş etməmiş, özü gedib pulu ondan almışdır. Bundan 3 gün sonra Ş.Məhərrəmovanın əri gələrək qapını dəyişdirmək istədiyini bildirmiş, o da aparıb-gətirmək xərcinin olmasını bildirmiş, zərərçəkmiş şəxsin əri özü qapını gətirəcəyini bildirmişdir. Bundan sonra qapılar ona qaytarılmış, o da qapıların rənglənməsi üçün şirkətə göndərmişdir. Qapılar şirkət tərəfindən ona qaytarılan zaman qapıların ayaq hissəsinə maye töküldüyündən qapının ikisinin ayağı şişmiş, o vəziyyətdə qapıları təhvil vermək istməmişdir. Bu səbəbdəndə həmin qapıları yenidən həmin şirkətə qaytarmış, lakin şirkət qapıları təmir etməkdən imtina etmişdir. Ona verilmiş 400 manat pulu mənimsəməmiş, şirkətə təhvil vermişdir. X2 400 manat məbləğində borcunun olduğunu etiraf edir, qısa zamanda həmin vəsaiti geri qaytaracaqdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirdi ki, yaşadığı ünvana 3 ədəd hazır qapı lazım olduğu üçün Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “X13” adlı mağazaya müraciət etmiş, oradan 3 ədəd qapı bəyənərək sifariş etmiş, 400 manata almağa razılaşmışdır. Təxminən xx.xx.2025-ci il tarixdə yük taksisi 3 ədəd sellofana bükülmüş halda qapı gətirmiş, onun ardınca isə Namiq özü gəlmiş, qapıların dəyəri olan 400 manat pulu yaşadığı evin qarşısında Namiqə vermişdir. Bundan sonra əri və qohumları qapıların rəngini bəyənmədiklərindən onlar Namiqlə əlaqə saxlamış, qapıların rənginin dəyişdirilməsini ondan xahiş etmişlər. Namiq onlarla razılaşmış və onlara bildirmişdir ki, əlavə olaraq 40 manat pulu ödəməlidirlər, sonuncu da razılaşmışdır. O taksi tutaraq qapıları Namiqin mağazasına qaytarmış, daha sonra Namiq ilə əlaqə saxlayan zaman qapıları sifariş etdiyini, tezliklə gətirəcəyini demiş, lakin qapılar gəlməmiş, Namiq isə zənglərə cavab verməmişdir. Hal-hazırda Şəxs ona 400 manat borcu vardır. Pulu qaytarılmadığı üçün polisə şikayət etmişdir. Odur ki, Şəxs məsuliyyətə cəlb olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 avqust 2025-ci il tarixli Gəncə şəhər 4-cü Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X6 qərarının surətindən görünür ki, Şəxs X4 400 manat pulunu dələduzluq yolu ilə əldə etməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. - 13 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 10:30-da inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci madddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci madddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci madddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci madddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci madddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 227-ci maddəsi xırda talamanın formalarından biri kimi dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə inzibati məsuliyyət müəyyən edir. Dələduzluğun həm cinayət, həm də inzibati hüquqpozma kimi əsas tərkib elementi subyektiv cəhətdən təqsirin qəsd formasında olması və niyyətin əmlakı aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə yönəlməsidir. Bu o deməkdir ki, şəxsin niyyəti ilkin olaraq öhdəliyi yerinə yetirməmək və əldə etdiyi əmlakı (pul vəsaitini) mənimsəmək olmalıdır. Mülki-hüquqi müqavilə münasibətlərinin pozulmasından irəli gələn mübahisələri dələduzluqdan fərqləndirən əsas meyar məhz bu ilkin niyyətin olub-olmamasıdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə öhdəliklərinin icrası zamanı yaranan fikir ayrılığından ibarətdirsə və təqsirli niyyət sübuta yetirilmirsə, bu, mülki-hüquqi mübahisə hesab olunur və inzibati və ya cinayət məsuliyyəti yaratmır. Bu baxımdan, barəsində icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarından göründüyü kimi, tərəflər arasında yaranmış münasibət mülki-hüquqi xarekterli olmaqla podrat müqaviləsindən irəli gələn münasibətlərdir. Belə ki, Şəxs zərərçəkmiş şəxsdən qapı sifarişinin müqabilində 400 manat məbləğində pul almış, Şəxs həmin qapıları hazırlamış, zərərçəkmiş şəxs sonradan həmin qapını bəyənmədiyindən geri qaytarmış, digər rənglə əvəz olumasını bildirmiş və bununla bağlı aralarında yeni razılıq əldə edilmişdir. Lakin, Şəxs üzərinə götürdüyü öhdəliyi icra etməyərək, yeni rənglə rənglənmiş qapıları bu günədək təhvil verməmişdir. Barəsində icraat aparılan şəxs Şəxs nə müqavilənin mövcudluğunu, nə də ödənişin alınması faktını inkar etmir. Əksinə, o, sifarişin ondan aslı olmayan səbəblərdən hazır oldmadığını bildirmişdir. Qeyd edilən hallar onu göstərirki, tərəflər arasında yaranmış münasibət mülkihüquqi xarekterli olmaqla podrat müqaviləsindən irəli gələn münasibətlərdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri olmadığından, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar