Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3029/2025 28.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı X2 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 (yüz əlli) manat inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Regional DYNİ-nin vəzifəli şəxsi onun barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərarın surəti ona rəsmi qaydada, yəni kağız daşıyıcısı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Gəncə Regional DYNİ-nin İnzibati Tənbeh vermə haqqında MN1834982 nömrəli xx.xx.2025-ci il tarixli qərarı əsassız olduğuna görə ləğv edilərək, icraata xitam verilməlidir. Belə ki, İnzibati Tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarda qeyd edilmişdir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 50, bina 1, 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən “Rahat Hotel” mehmanxanasında Yanğın-Texniki müayinəsi zamanı YTQ-nın 01-2001 bənd 9.3 və 10.4-cü bəndlərinin tələbləri və YTQ 03-2002 bənd 3.19.16-cı bəndlərin tələbləri pozulmuşdur. İnzibati orqanın vəzifəli şəxsi həmin qərarla onun İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, ona 150 manat cərimə cəzası tədbiq etmişdir. Onun tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan X8 yol verilməmişdir. Belə ki, qərarda qeyd edilmişir ki, guya onun barəsində 19 iyun 2025-ci il tarixli ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş həmin protokoldan onun xəbərii olmamışdır. Protokol tərtib edilməmişdən əvvəl isə müayinə aparılmamışdır. Bundan əvvəl, yəni son 6 ayda həmin orqanın vəzifəli şəxs tərəfindən 2 dəfə onun barəsində X10 qəbul edilmiş, hər iki Qərardan o, şikayət etmişdir. Həmin qərarlardan biri Məhkəmə qaydasında qüvvəsində saxlanılmış, biri isə ləğv edilmişdir. 3 iyul 2025-ci il tarixli qərar qanunsuz və əsassızdır, çünki qərarda qeyd edilən YTQ-nın müvafiq bəndlərinin tələbləri onun tərəfindən pozulmamışdır. Belə ki, onun mülkiyyətində olan obyektə YTQ 01-2001 bənd 9.3-də nəzərdə tutulan siqnalizasiya qurğuları vardır. Bənd 10.4-cü bəndin tələbinə uyğun olaraq yanğınsöndürmə qurğuları ilə təmin edilmişdir. Bundan başqa YTQ-03-2002 bənd 3.19.16-cı bənddə qeyd edilən tələblərə əməl edilmişdir. Ona görə də, yəni İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığına görə, barəsində tədbiq edilmiş 150 manat tənbeh cəzası ləğv edilərək, icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilsə də, o, məhkəməyə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etdi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru, daxili xidmət kapitanı X4 məhkəməyə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Bu hal araşdırma zamanı tərtib edilmiş aktlar, qərarlar və digər sənədlərlə tam sübuta yetirilir. Buna görə qərardan verilmiş şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X6 vəzifəli şəxs qismində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin rəisi X5 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aydın şəkildə görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsində xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X3 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X12 Yanğın Nəzarəti İdarəsinin rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-3029/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3029/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver